Veten Xaini “İnsanlar məni - TopicsExpress



          

Veten Xaini “İnsanlar məni yaxşı tanıyır, bilib, mənə inanırdılar. Üzdən sığınacaq tapıb içdən talanırdılar. Hər dəfə efirə çıxanda ən gözəl maska taxırdım .Millət acından qan qusanda mən milyonlar yığırdım. Mən çıxırdım bərəkət üstündən əzirdim,basırdım Kiminsə xəbəri yox mən günahsızları asırdım. Yazırdım yuxarılara ki qonşum millətçi şairdi Dilini kəsin, qələmini qırın o buna layiqdi. O, yazır həqiqətləri mən isə gizlədirəm. O,sevir azadlığı mən isə istəmirəm. Mən satıram qadınları, orqanları, torpaqları.. Ətrafıma yığıram yaltaqları, qorxaqları”.. Yazmışdı son məktubunda vətən xaini.. “İnsanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar. Əslində alçaq biri idim məni dahi sanırdılar. Mən qatdım haramı halala ki, heç nə günah sayılmır. Siğədən nə qədər uşaq öz atasını tanımır. Silah al-veri, sektalar və bir sıra məsələlərdi. Ən yaxşı narkotik İslam ölkəsindən gələrdi. Fəlakətlər, faciələr, kütləvi qırğınlar Bir tikə çörək tapmayıb evə qayıdan yorğunlar. İnsanlar boğulur kədərində, batır qəhərində. Mənə təsir etmirdi fəryad çadır şəhərində Əllərim qana batıb qatı cinayətkar, cani…” İntihardan qabaq yazmışdı son məktubunda vətən xaini
Posted on: Tue, 12 Nov 2013 19:50:21 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015