Xoş günlərimin biri idi. Məşqdən çıxmışdıq. Dostumun - TopicsExpress



          

Xoş günlərimin biri idi. Məşqdən çıxmışdıq. Dostumun semaşkada işi olduğundan ora getməli olduq. Tibb Universitetinin qarşısında svetoforda dayanarkən gözəl bir qız gördüm. Universitetdən çıxırdı. Dostumdan onunla gedə bilməyəcəyim üçün üzr istəyib maşından çıxdım və yolu keçmək istəyən qızla qarşı-qarşıya durdum. İnana bilmirdim. Sanki xəyalımda yaratdığım ideal qadın obrazi canlanmışhdı. O gözlər, o dodaqlar, o saçlar, o.., o.., hər şey o idi. Lakin bilmirdim ki, o, mənə məxsus deyil. Onunla tanış olmaq istədim. Mənə sevgilisinin oldugunu dedi. Inanmadim. Onu əlimdən buraxa bilməzdim. Həyatım boyu xəyalımda yaratdığım ideal qadın artıq yanımda idi. Onu necə buraxa bilərdim axı. Onun narazı olmasına baxmayaraq onu evlərinə kimi ötürdüm və sabah gözləyəcəyimi dedim. Səhəri gün dərsə gedərkən yaxınlaşdım. Ona yenidən tanış olmaq istədiyimi bildirdim. Mənə hə-sinin verildiyini dedi. Bu yaxında nişanının da olacağını dedi. Yenə ınanmadım. Bu zaman o, bu barədə sevgilisinə deyəcəyini dedi və məni döyülməklə hədələdi. Artıq heç nə vecimə deyildi. Yalnız onu düşünürdüm. Sanki ondan başqa düşünəcəyim bir şey yox idi. Bir neçə gün də belə keçdi. Hər gün ona yaxınlaşıb tanış olmaq istədiyimi deyirdim. O, isə mənə rədd cavabi verirdi. Nəhayət bir gün mənə səni sevdiyim oğlanla görüşdürmək istəyirəm dedi. 3 gündən sonra saat 2-də filan yerdə. Sən, mən və sevgilim görüşüb söhbəti həll edərik.“ Razılaşdım. 3 gün sonra həmin yərdə görüşdük. Qarşımda dəliqanlı sevgilisinə görə hər şeyə hazır olan birisini gördüm. Qız da gəlmişdi. Qiz and-aman elədi ki, oglan dava salmasın. Hər şeyi sakitlikcə hell etsin. Oğlan razılaşdı. Məndən nə istədiyimi soruşhdu. Dedim ki, ”qizi sevirem, onu kimsəyə vermək fikrim yoxdu. Bir addım da geri çəkilən deyiləm.” O, da mənə qızı sevdiyini ve qızın da onu sevdiyini dedi. Artiq dünən nişanlandığlarını da bildirdi. Bir neçə aya toyları olacağını da söylədi. Həmişəki kimi yenə inanmadım. Mənə üzüyü göstərdi və and içdi. Gözlərim qaraldı, başım fırlandı, sanki ruhum bədənimdən çıxmışdı. Mənim özümə gəlməyimi gözləməyib oğlan yenidən soruşdu: „Daha nə istəyirsən?“ Daha nə istəyə bilərdim ki,.. Son dəfə qızın gözlərinə baxaraq „heç nə“ dedim… Üstüdən bir neçə gün də keçdi. Qızı unuda bilmirdim. Onun başqasına məxsus olduğunu qəbul edə bilmirdim. Həyat mənə cəhənnəm görünürdü. Hər gün stress, hər gün sıxıntılı anlar, hər gün fikir, xəyal. Məşqdən ayrıldım, dostlarımdan uzaqlaşdım. Bütün günümü onu bir dəfə görmək üçün keçirirdim. Düşünürdüm ki, yaxınlaşmasam da heç olmasa onu uzaqdan da olsa görməyim mənə bəs edər. Onu izləməyə başladım. Nişanlısı hər gün gəlib onu dərsdən götürür, bir neçe saat gezirlər, axşam isə evinə yola salırdı. Onların necə görüşdüklərini, necə qucaqlaşdıqlarını, necə opüşdüklərini hər şeyi, hər şeyi görürdüm. Onu xeyalımdan çıxara bilmirdim. Onu hər an görürdüm, o, isə məni görmürdü. Onu hər an izləyirdim, o, isə hiss etmirdi. Onu hər an sevirdim, o, ise bunu bilmirdi. Belə də dəhşət olar. Hardan biləydim. Hardan biləydim ki, hele dəhşət qabaqdadı. Həyatda hərdən elə dəhşətli hadisələr baş verir ki,…Şaxtali bir payiz gecesi idi. Onlar qucaqlaşaraq gedirdilər. Onları izləməyimin 2 ayi tamam olurdu. çox güman toy günü təyin edilmişdi. Bəlkə də toya sadəcə günler qalırdı. Toydan sonra nə edəcəyimi düşünərək arxalarınca gedirdim. Aramizda 40-50 metrlik məsafə olardı. Tini dönəndən sonra bir küçəyə keçdik. Küçə tamamilə qaranlığ idi. Sanki bu küçədə yaşayan bir insan belə yox idi. Ətrafa baxırdım ki, qarşıdakı tindən qızla oglanın qarşısına bir neçə oğlan çıxdı. Diqqətlə baxIb 5 olduğlarını gördüm. Bir neçə dəqiqə baxmalı oldum. Nəsə danışırdılar. Uzaq da olsa mübahisə etdikləri aydın görünürdü. Birdən oğlanlardan biri qızın qolundan tutmaq istədi. Bu zaman qizin nişanlısı oğlana 1 yumruq vurdu ve dava başladı nə başladı. Mən çatana kimi artıq oğlanı vurub uzatmışdılar. Qizin nişanlısını vurani itələyərək 1 şillə vurmasi oğlani cin atına mindirdi. Qızın boğazından divara dirədi və digər əli ilə qızı vurmaq istəyərkən mən artıq çatmışdım. Dava yenidən başladi.Günümün döyüşdə keçməsi, yaxşi texnikam, çəldliyim və fiziki gücümün olmasi mənim döyüşdə rahatlığımı tamam təmin edirdi. Döyüşmək heç vaxt problem olmayıb. Xüsusən də sevdiyim insan üçün döyüşmək. Döyüş bir neçe dəqiqə idi ki, davam edirdi. Onların döyülməmələrini qəbul etməmələri onlardan 3-nün biçaq cıxartması ile nəticələndi. Havanın qaranliq olması bıcaqdan yayınmamı çətinləşdirirdi. Nəhayət mənim də ayağım büdrədi. Döyüşün qızğın yerində 1 saniyəlik özümü itirməyim onlardan birinin bicağı sinəmə yönəltməsi ilə nəticələndi. Bicaği görəndə artiğ reaksiya göstərməyə zamanım qalmamışdı. Son anda əlimin birini bicağın qarşısına qoydum, digər əlim ilə isə bicaği tutdum. Bıçaq sağ əlimin içini tamamilə kəsmişdi. Sol əlimin isə içindən girən bicaq az qala üstündən çıxacaqdı. Mənə bıçaq vurana ayağımmla zərbə endirib özümdən araladım. Bicaq əlimdə qalmışdı. Bicağı əlimdən çıxartdım . Əllərim artiq sıradan cıxmışdı. Qan isə su kimi axırdı. Havanın insanı donduracaq şaxtası belə qanımı dondura bilmirdi. Amma döyüşməyə borclu idim. Əks halda heyatımın sonu olacağdı. Bir neçə zərbə. ikisini də yıxdım. Onlar hamısı birlikdə hücum edib məni döyməyə başladılar. Artıq gücüm qalmamışdı. Özümü müdafiə belə edə bilmirdim. Qızın yanğılı səslə „bəsdir, qurtarın, onu oldürəcəksiz“ deməsi mənə əlavə güc verdi. Onun mənim döyülməyimə biganə qalmaması məni sevindirirdi. Son gücümü yığıb döyüşməyə başladım. Yalnız o qız üçün. Yalnız həyatım qədər sevdiyim qız üçün. Amma qanımın su kimi axmasi, çox güclü zərbələr qəbul etməyim, əllərimin sıradan çıxması döyüşümə öz təsirini göstərirdi. Hətta dünyalar qədər sevdiyim qız üçün belə vuruşmağa taqətim qalmamışdı. Bir zaman çoxlarına vurduğum qoşa təpiyi bu dəfə mənə vurdular. Təpiyin biri sifətimdən tutdu. Zərbə ilə divara dəydim. Qarşmda bayaq mənə bicaq vuranın yenidən bicağı götürərək üstümə yürüməsini gördüm. Artiq gücüm sıfıra bərabər idi. Reaksiya göstərmək üçün də halım yox idi. Dayanıb sadəcə ölümü gözləyirdim. Bicağın bədənimə girməsini görməmək üçün gözümü bir anlıq yumdum. Gözümü açanda isə… Bicaq bu dəfə də mənə girmədi. Axı niyə? Nəyə görə? Səni sevgilindən ayırmaq istəyən, səninlə nişanlının arasəna girən bir insanə həyatı bahasına müdafiə etmək. Nəyə lazım idi bu? Mənimlə mənə bicaq vurmaq istəyənin arasına girən, məni həyati bahasına müdafiə edən, mənə dəyəcək bicağı öz sinəsinə götürən qızın nişanlısı idi. Bicaq vuranın bicaği cıxartmasıyla bicağın yerindən qanın fışqırması bir oldu. . Qızın nişanlısı sol qolumdan tutub divara söykənərək yerində oturdu. Hər tərəf qan içində idi. Başını qaldırıb mənə heç zaman unuda bilməyəcəyim baxışlarla baxdı. Nə demək istədiyini bilmirdim. Amma çox güman qanının yerdə qalmasını istəmirdi. Əlbəttə! Mənə görə həyatını vermiş insanın qanı yerdə qala bilməzdi. Artiq polis maşınının səsləri eşidilirdi. Deyəsən kimsə xəbər vermişdi. Mən özüm de son anlarımı yaşayırdım. Allaha dua edərək bütün gücümü yığıb, bütün varliğımla bizə bicağ vuran oğlanın boyun nahiyəsinə ayağımla zərbə endirdim. O, da yıxıldı, mən də, qızın nişanlısı da… …Ayılan isə tək mən oldum . ayıldıqda hər kəs sevinirdi.Mənim ayılmağım sadəcə möcüzə idi. Dedilər ki, oğlanı öldürmüsən.. Məhkəmə isə məni tutmadı. Məni haqlı sayaraq şərti cəza verdi. Artıq qızın nişanlısının 40-ı idi. Onun qəbrinin üstünə gəldim . Qız da orada idi. Onun göz yaşını heç görmək istəməzdim. Hər kəs dağılandan sonra qəbrə yaxınlaşdım. Qız rəfiqələri ilə qəbrin yanənda tək qalmışdılar. Məni görcək mənə tərəf gəldi ve “alçağın birisən, onun ölümünə sən səbəb oldun, sən onu öldürdün, bizi sən ayırdın” dedi. “O, səni xilas edərək oldu. Sən olmasaydın o, ölməyəcəkdi. O, sənə görə oldu. Sənə görə.., sənə görə..” O, artıq göz yaşlarında boğulurdu. …Üstündən bir neçə ay keçdi. Qəbirstanlığın yanından keçirdim. Dedim bir oğlanın qəbrinə dəyim. Həm oğlan üçün, həm də bütün qəbirstanlığda yatanlar üçün bir Fatihə oxuyum. Elə Fatihəni oxuyub qurtarmışdım ki, yanımda qızı gördüm. Sən demə bu gün oğlanın ad günü imiş. Qız da ona görə oğlanın qəbri üstünə gəlibmiş. „Elə bilirsən bu duani oxumaqla günahların bağışlanacaq. Yox bağışlanmayacaq. Sən bağışlanmaz günah elədin. Sən bir-birini sevən 2 insanı ayırdın“ deyərək yaxamdan tutub məni silkələdi və sinəmə 2 yumruq vuraraq göz yaşları icində başını sinəmə qoydu. Özüm də bilmədən onu qucağladım. Bəlkə də nə zamansa buna görə hələ həyatımda sevinmədiyim kimi sevinərdim. Amma indi sevinə bilmirdim. O, haqli idi. Mən onları ayırdım. Bəlkı də mən o vaxt davaya girişməyimleə səhv etdim. Qiza əl qaldırsalar belə bəlkə də bununla qurtaracağdı. Ən azından . Artiq nə etmək olardı? Olan olmuşdu. Onun basını qaldırıb yaşlı gözlərinə baxaraq „ bağışla, sizin bir yerdə olmanız üçün həyatımı belə verərdim, bağışla məni, mən çox təəssfülənirəm, bağışla“ deyib alnından öpdüm və bir daha geri baxmayaraq getdim. Onun arxamca baxdığını hiss edirdim, amma dönüb baxmadım. Özümü tanıya bilirəmmi? Kiməm mən? İnsanı həyatından məhrum eden qatilmi, bir-birini saf məhəbbətlə sevən 2 insanın həyatını məhv edən alçaqmı, yoxsa sadəcə dəlicəsinə sevən aşiqmi? Mən kiməm? Bilmirəm. Bilmədiyim bir şey daha var. Qanımın yarısını itirərkən möcüzə sayəsində həyata qayıtmağımın nə mənası vardı axı. Nə üçün qayıtdım? Nəyə görə qayıtdım? Kiminin mənə alçaq, kiminin qatil, kiminin də səni xilas edənin nişanlısına göz dikən şərəfsizsən deməsi üçünmü. Bilmirəm . Deyəsən axı çox şey bilmirəm. . Yalnız Allah kimin nə vaxt ölməsinə qərar verə bilər. Ona görə də mənim sağ qalmağım sadəcə olaraq hələ vaxtımın çatmaması demək idi. Bildiyim bir şey daha var. Men onu hər zaman gözləyəcəm. Möcüzə sayəsində həyata qayıtdığım zaman nəyə görə daha bir möcüzəyı ümid etməyim. Ümid axırıncı olur fikrilə son dəfə ona baxmaq istədim. Dönüb baxdım. Baxışlarında sanki nəsə deməyə çalışırdı. Lakin axıra kimi baxa bilmədim. Birdən gözlərim qaraldi, başım fırlandı və yıxıldım. Qızın mənə tərəf qaçmasını dumanlı görürdüm. O, başımı dizləri üstə qoyub Pərviz, Pərviz deyə qışqırırdı. Onun mənim üçün bu qədər həyəcanlı səsini eşitmək çox xoş idi. Pərviz, Perviz ayıl, nə olar, ayıl. Onun necə də gözəl səsi var idi. Pərviz, Pərviz ayil. Yox bu onun səsi deyildi. Pərviz getmə nə olur qal. Pərviz səni… Pərviz, oglum ayil nehayət. ANA. Oğlum ayılmağ da bilmirsən. Saat 9-a işləyib, məşqə gecikirsən axı İlahi, Çox Dəhşətli bir yuxu. Məni tər basmışdı. Sanki bunlar yuxuda yox, real heyatda baş. verirdi. Çantami götürüb məşqə qaçdım. Çox sevinirdim. Sevinirdim ki, bunlar yuxuda baş verib. Nə qədər dəhşətli olsa da yuxu ele yuxu idi, real heyat yox. Bunun yuxuda baş verdiyi üçün sevincimin heddi-hüdudu yox idi. Sanki xoş günlərimdən birini yaşayırdım. Zala çatanda dostumu gördüm. Maşından düşürdü. Görüşdükdən sonra dediyi ilk cümlə məni yerimdəcə dondurdu: “PƏRVİZ DEYİRƏM VAXTIN VAR İDİSƏ MƏŞQDƏN SONRA BİRLİKDƏ SEMAŞKAYA GEDƏRDIK..
Posted on: Tue, 12 Nov 2013 14:17:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015