Yalnızlıq dörd divar arasında düşüncələrinin belə əks - TopicsExpress



          

Yalnızlıq dörd divar arasında düşüncələrinin belə əks səda verməsi, süzdüyün çayın hər dəfə soyuması, gözlərin ağrıdan yaşarana qədər kitab oxumaqdır. İçəri şəhərin küçələrində tək sülənmək, keçən hər insanın üzünə ümidlə baxmaq, tanış bir üzlə rastlaşmaq istəyi, amma rastlaşandan sonra da tez onun yanından getmək istəyidir. Yalnızlıq, dost məclisində gözlərinin uzaqlara zillənib qalması, içdiyin içkinin dadını duymamağın, hətta ən yaxınların belə xoşbəxtliyinə ürəkdən sevinə bilməməkdir. Yalnızlıq, 1-ci şəxsin təkindən başqa heç bir şey deyil. Yalnızlıq, dözə biləcəyini düşündüyün, amma heç vaxt dolmayan bir boşluqdur. Bir ömür boyu bir əli tutmadan, bir çiyinə söykənmədən yaşamağı gözə almağındır. Yalnızlıq, mən mənə bəs edərəm deyib, ilk vaxtlar dadını çıxardığın, zaman keçdikcə içini dağıdan, incidən, parça-parça edən hissdir. Yalnızlıq çarəsizlikdir. Bilirsən sonu yoxdur, içindəki boşluğu, kimsəsizliyi doldurmağın yolu yoxdu.
Posted on: Mon, 09 Sep 2013 05:19:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015