ardı:Arifləri ona görə tanımaq olmur ki, hər hansı bir - TopicsExpress



          

ardı:Arifləri ona görə tanımaq olmur ki, hər hansı bir şərait olursa olsun,o özünü elə göstərər ki, sanki həmin şəraitdə və həmin insanlara uyğulaşmış və onlarla birlikdədir. Əslində isə o öz aləmində,öz dünyasındadır. Çünki onun cismi yerdə, ruhu isə çox uzaqlardadır və onun qulaqları səsdədir. O bu dünyada Allahın bütün yaratdıqlarına, gördüyü hər şeyə, hər kəsə dəyər verib, hər an, bu dəqiqə yola çıxacaq mühacırə bənzəyir.O hər an bu gözəl şəhəri həmişəlik tərk etmək üçün hava limanında gözləmə salonunda oturub, öz təyyarəsini gözləyən sərnişinə və bu gözəl şəhərə bir daha qayıtmayacaq deyə, məhəbbət və təəssflə oradakılara baxan turistə bənzəyir. O Allahına şükür edir ki, belə gözəl şəhərə gəlib, bu qədər gözəlliklər gördü.Lakin indicə təyyarə gələcək və o öz doğma yurduna qayıdacaq. Fikri-zikri, sözü hərəkəti, düşüncəsi hər an gələ biləcək olan təyyarəyə necə minəcəyi və öz doğma yurduna nə hədiyyələr aparacağı,bütün əzablara dözərək mövlasını görə biləcəyi haqdadır. O elə bir həsrətdir ki, onu sözlə ifadə etmək qeyri-mümkündür. Bu hissi müəyyən qədər tanırmaq üçün, Həccə gedib,ruhlarının zərrəcikləri orada qalan və hər ildə Həccə getməyə can atan insanlarin keçirdiyi hisslərə bənzətmək olar. Cahilləri (dələduzları) də ona göqə tanımaq olmur ki, bu insanlar öz ruhlarını şeytana satmış, yalnız dondan-dona girərək, insanların ürəklərinə yol tapmağa çalışarlaq. Onların məqsədi insanların qəlblərinə girərək, yalnız maddi və mənəvi ziyan vurmaq, aldatmaq, tələ qurmaq deyi, hətta o qəlbləri tarimar edərək xaraba qoymaqdır. Onlar özlərini insanlarla, həmçinin cəmiyyət arasında ən mehriban, yaxşı insan kimi göstərərək dostlar, ailələr arasında, cəmiyyətdə qarışıqlıq salaraq, yalnız öz nəfsi və maddi xeyirləri haqda düşünərlər.Bu yolda hansı şəklə, hansı hala istəsə özünü qoyar ki, təki aləm qarışıb, məssəb itsin və bu cür həyat onların həyatda yaşamalarının məqsəd və mənasıdır. Deməli, bir daha məlum olur ki, biz hələm-hələm nə özümüzü nə də ki, həyatımız boyu rastlaşdığımız insanları tam tanıya bilmərik.Çünki hər kəsi tanıyan və bilən, yalnız Özü, bizi yaradan və bu qədər hikmətlər bəxş edən, Qadir Allahdır. Ən önəmli olan isə insanların səni tanıyıb,bilmələri deyil, önəmli olan Alim Allahın sənin qəlbinin içini görüb, sənin nəfəsindən belə xəbərdar olduğunu bilməkdir.
Posted on: Mon, 01 Jul 2013 03:42:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015