.bacı qardaş olmaq..ya da iki bacı..ya da nə bilim,iki qardaş - TopicsExpress



          

.bacı qardaş olmaq..ya da iki bacı..ya da nə bilim,iki qardaş necə gözəl hisslərdir bunlar..heyif ki,çox vaxt qədrini bilmək üçün itirmək lazım olur..amma inanıram ki,arada heç olmasa bir dəfə əvvəlki illərə qayıdıb baxsaq,xatırlamağa çalışsaq,əslində nə qədər xoşbəxt və şanslı olduğumuzu anlayarıq..o vaxtlar ki,bölüşməyi bacarırdıq..o vaxtlar ki,ürəkdən gülmək var idi..gözümüzdən yaş gələnə qədər gülmək ən mənasız şeylərə..səndən böyük bacının ya da qardaşının paltarlarını geyinərək böyümək və buna görə utanmamaq..hər gün dalaşsan da bir şey olanda ilk ona demək..palçıqdan tort düzəltmək ya da evdə nəyisə qıranda onu gizlədərək valideynlərə deməmək..bu ən böyük sirr olardı ya da döyülməkdən qorxub ilk onun adını demək..sonra buna görə peşman olub barışmaq üçün bəhanələr axtarmaq..:))) min bir əziyyətlə tapdığın simləri satmaq ))) nə qədər saf idik biz..nə qədər günahsız..böyüdükcə uzaqlaşır insan ,düzdür..amma heç vaxt içindəki o sevgi,o yaxınlıq,o doğmalıq itmir..kimsə onu incidəndə ürəyində yaranan o ağrı tərifə sığmır..bu dünyada tək olmadığını hiss etdirir..sənin ətindən,sənin qanından biri..yaşca kiçiksənsə həmişə onların gözündə balaca uşaq kimi qalmaq..böyüksənsə səndən balaca olduqları üçün onları sahiblənmək,hər pislikdən qorumaq..gözəl hisslərdir..böyüdükcə başımızı müxtəlif şeylərlə qatan həyata məğlub olmayaq..həmişə sevin onları..əlinizdən gəldiyi qədər çox sevin..və ən önəmlisi..sevdiklərinizə öz yoxluğunuzu hiss etdirməyin..ən çox da onların yanında olarkən..
Posted on: Sat, 25 Jan 2014 17:28:35 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015