lk kəlamım La Ilahə Illəllah! Ey oğul, bu ada salavat - TopicsExpress



          

lk kəlamım La Ilahə Illəllah! Ey oğul, bu ada salavat çevir! Unutma, Muhəmmədən Rəsuləllah, Ey oğul, bu ada salavat çevir! Yaranmışın ən alisi, gözəli, Qəlbimizin ilk pənahı, əzəli, Birinci sən oldun, ya cənab Əli, Ey oğul bu ada salavat çevir! Bil bu dünya nə mənimdir, nə sənin Xudadır sahibi torpağın, dənin Yad edib adını İmam Həsənin Ey oğul, bu ada salavat çevir! Ölçüsü var, miqdarı var hər şeyin, Kamalda kim olub hüdudsuz deyin?! Şəhidlər ağası İmam Hüseyin! Ey oğul, bu ada salavat çevir! Ən dərin elmdir bu məzhəb, bu din, Bu yola yolçusan ey oğul,sevin, Çox qadir bir zatdır Zeynülabidin, Ey oğul, bu ada salavat çevir. Ey insan, həyatın keçirsə ağır, Sidq ilə o kəsi köməyə çağır, Deginən: ya İmam Məhəmməd Bağır, Ey oğul, bu ada salavat çevir. Unutma ey oğul, hökm etsə Xalıq, Suyun təkindədə danışar balıq, Şahiddir sözümə, bil Cəfər Sadıq, Ey oğul, bu ada salavat çevir. Həqiqətdir mənim yolum, murazım, Müsəlmana qeyri bir yol nə lazım, Kömək ol, ya İmam Museyi- Kazım, Ey oğul, bu ada salavat çevir. Hər bir kəsin var öz eli, məkanı Qəriblik qılınctək kəsər insanı, Bu yerdə yad edib İmam Rzanı, Ey oğul, bu ada salavat çevir. O, sirri-ələstu biRəbbikum deyib, Heçnədən dünyanı bil, xəlq eyləyib, Ya İmam Məhəmməd Təqi söyləyib, Ey oğul, bu ada salavat çevir. Bu dünya fanidir, o dünya baqi, Gəl satma heç zaman nahaqqa haqqı Çağırıb, ya İmam Əliyyən Nəqi, Ey oğul, bu ada salavat çevir. Böylə keçməyəcək bu qara dövran. Zühr edib verəcək ağ günə fərman, Son İmam Mehdiyi Sahibəzzəman, Ey oğul, bu ada salavat çevir. Mələklər adına yazmasın günah, Bu şerə xitam ver, təbarəkallah, Mizani ilk eşqə gətirib pənah. Ey oğul, bu ada salavat çevir. 1972-ci il Novruz Mizani Hafiz.
Posted on: Tue, 25 Feb 2014 09:35:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015