Çox varlı bir adam ölmünün yaxınlaşdığını hiss edib - TopicsExpress



          

Çox varlı bir adam ölmünün yaxınlaşdığını hiss edib oğlunu yanına çağırdı və "Öləndə məni corablarımla basdırın", - deyə vəsiyyət etdi. Oğlu səbəbini bilməsə də, razılaşdı. Sonra adam oğluna bir məktub verib, "Mən öləndən sonra bir çətinə düşsən, bu məktubu açarsan", - dedi.Vaxt gəldi və adam ruhunu tapşırdı. Qohum-əqrəba yığışdılar. Oğlu isə, "İndi mən onu corabları ilə necə basdırın", - deyə fikirləşməyə başladı. Bir molla tapıb dərdini ona danışdı. Ancaq molla bu işə heç cür razılıq vermədi. Başqa bir molladan soruşdu. O da " Yox, bu heç cür mümkün deyil", - deyə etiraz etdi. Oğlu çarəsiz qaldı. Birdən ağlına atasının verdiyi məktub düşdü. Məktubu açıb bu sözləri oxudu: "Oğlum,görürsən ki, bu qədər var-dövlətim olsa da, yanımda bir corab apara bilmirəm. Artıq qalanını sən özün fikirləş."
Posted on: Fri, 23 Aug 2013 20:28:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015