İMAM ƏLİNİN (Ə.S) VƏSİYYƏTİ "Sizə təqvalı olmağı - TopicsExpress



          

İMAM ƏLİNİN (Ə.S) VƏSİYYƏTİ "Sizə təqvalı olmağı və Allahdan qorxmağı, eləcə də dünya sizə üz tutsa da, sizin onu axtarmamağınızı vəsiyyət edirəm. Dünya malından əlinizdən alınmış şey üçün kədərlənməyin. Haqq və həqiqəti deyin. (Axirət) mükafatı qazanmaq üçün iş görün. Zalıma düşmən, məzluma yardımçı olun. Sizə, bütün övladlarıma, ailəmə və bu vəsiyyətim çatacaq hər bir kəsə təqvalı olmağı, Allahdan qorxmağı, işlərinizdə nizam-intizamlı olmağı və aranızdakı ixtilafları həll etməyi vəsiyyət edirəm. Çünki mən sizin cəddinizin (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitmişəm:"İki nəfərin arasını düzəltmək bütün namaz və oruclardan üstündür." Yetimlər barəsində Allahdan qorxun, Allahdan qorxun! Nəbadə onların ağızları üçün növbə müəyyənləşdirəsiniz (gah tox, gah da ac saxlamayın onları)! Onlar (aclıq, yalavaclıq və yiyəsizlik nəticəsində) sizin yanınızda məhv olmasınlar. Qonşularınz barəsində, Allahdan qorxun, Allahdan qorxun! Onlar Peyğəmbərinizin sifariş etdiyi kimsələrdir. (Həzrəti Peyğəmbər ) daima onları elə tapşırardı ki, biz onlara (qonşudan qonşuya) miras təyin edəcəyini güman etdik. Quran barəsində Allahdan qorxun, Allahdan qorxun! Nəbadə başqaları ona əməl etməkdə sizdən qabağa düşsünlər. Namaz barəsində Allahdan qorxun, Allahdan qorxun! Çünki o, dininizin sütunudur. Rəbbinizin evi (Kəbə) barəsində Allahdan qorxun, Allahdan qorxun! Nə qədər ki, sağsınız onu boş qoymayın. Əgər o tərk edilsə sizə möhlət verilməyəcək. Mallarınız, canlarınız və dillərinizlə Allah yolunda cihad etmək barəsində Allahdan qorxun, Allahdan qorxun! Bir-birinizlə birlik və dostluğunuz olsun və qarşılıqlı bəxşişlər edin. Bir-birinizə arxa çevirmək və bir-birinizdən ayrılmaqdan çəkinin. "Əmr be məruf"u (başqalarını bəyənilən yaxşı işlərə dəvət etməyi) və "nəhy əz münkər"i (başqalarını çirkin işlərdən çəkindirməyi) tərk etməyin ki, (əgər bunları tərk etsəniz) pis əməlliləriniz sizə hakim olarlar, sonra isə dua edərsiniz (Allahdan onları sizdən uzaqlaşdırmasını istəyərsiniz, amma) duanız qəbul olmaz."
Posted on: Sat, 27 Jul 2013 23:22:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015