İmam Əlinin(ə) fədakarlıqlardan örnəklər. İmam - TopicsExpress



          

İmam Əlinin(ə) fədakarlıqlardan örnəklər. İmam Məhəmməd Baqirdən(ə) “Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdir ki,verdiləri sözü(etdikləri nəziri) yerinə yetirər və dəhşəti(aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən(qiyamət günündən) qorxarlar.” ayəsinin təfsirində belə nəql edilmişdir: “Hələ kiçik yaşda olan Həsən(ə) və Hüseyn (ə) xəstələnmiçdi.Hz.Peyğəmbər (s.a.a) iki nəfərlə birlikdə onların ziyarətinə getdi.Onların biri bu ziyarət əsnasında “Ey Əbəl-Həsən,uşaqlarının şəfası üçün bir şey sərf elə,Allah onlara şəfa versin” dedi.Əli(ə) “Üç gün Allaha şükür niyyətiylə oruc tutaram” dedi.Hz.Fatimə(s.a) da eyni şeyi söylədi.Eyni şəkildə iki uşaq da (Həsən(ə) və Hüseyn(ə)) “Biz də üç gün oruc tutarıq” dedilər.Eyni şeyi xidmətçiləri Fizzə də söylədi.Həsən(ə) və Hüseynə(ə) Allah şəfa verdi.Fəqət o günlərdə evlərində yeyəcək heçnə yox idi.Əli(ə) Şəmun adlanan vı yun işi ilə məşğul olan Yəhudi bir qonşusuna gedərək “Mənə bir az yun verərsənmi ki,Məhəmmədin(s.a.a) qızı üç sə (təqribən doqquz kilo) arpa əvəzində sənin üçün toxusun?” O da bəli dedi.Hz.Əli(ə) aldığı yun və arpa ilə birlikdə gəlib vəziyyəti Hz.Fatiməyə(s.a) danışdı,o da qəbul edib itaət etdi.Sonra yunu alıb üçdə birini toxudu.Sonra da arpanın üçdə birini alıb üyütdü və xəmirini yoğurub hərəsinə bir parça olmaqla beş parça çörək bişirdi. Hz.Əli(ə) Rəsulallah(s.a.a) ilə şam namzını qılıb evinə qayıtdı və iftar üçün yemək süfrəsi açıldı.Hz.Əli(ə) elə ilk hissəni çörəkdən kəsmişdi ki,bir dilənçi qapının ağzında durub belə dedi: “Salam olsun sizə,ey Məhəmmədin Əhli Beyti,mən Müsəlmanların kasıblarından bir kasıbam,yediyinizdən mənə də yedirin,Allah sizə cənnət süfrələrindən yedirsin.” Hz.Əli(ə) çörəyi əlindən buraxdı və hamısı çörəklərini verməyə qərar verdilər.Hz.Fatimə(s.a) süfrədə olan hər şeyi dilənçiyə verdi və özləri su ilə iftar edib gecəni elə sabahladılar.Ertəsi gün yenə oruc tutdular.Hz.Fatimə(s.a) yunun digər üçdə bir hissəsini toxuduqdan sonra arpanın da digər üçdə birini üyüdüb ondan xəmir yoğurdu və yenə hərəsi üçün bir parça çörək bişirdi. Hz.Əli(ə) Peyğəmbər(s.a.a) ilə şam namazını qılıb evə qayıtdıqdan sonra,beşi də iftar üçün süfrə başında əyləşdilər.Hz.Əli(ə) ilk tikəni alan anda,bu dəfə bir yetim qapıda dayanıb belə dedi: “Salam olsun sizə,ey Məhəmmədin Əhli Beyti,mın Müsəlmanların yetimlərindən bir yetiməm,yediyinizdən mənə də yedirin,Allah sizə cənnər süfrələrindən yedirsin.” Hz.Əli(ə) kəsdiyi tikəni əlindən buraxdı və hamısı belə etdilər.Hz.Fatimə(s.a) süfrədə olanların hamısınl yığın ona verdi və o gün də suyla iftar edib ac sabahladılar.Yenə bu şəkildə oruca noyyətləndilər.Hz.Fatimə yunun qalan hissəsini toxudu və arpanın da qalanını üyüdüb yenə beş parça çörək bişirdi. Hz.Əli(ə) Peyğəmbərlə(s) Şam namazını qılıb evə qayıtdı;süfrə açıldı və beşi də süfrə başına oturdular.Yenə Hz.Əli(ə) ilk parçanı çörəkdən kəsmişdi ki,müşriklərdən əsir alınanlardan biri qapıya yanaşıdı və “Salam olsun sizə,Ey Məhəmmədin Əhli Beyti,bizi əsir edir,bağlıyır və yemək vermirsiniz?”. Onlar süfrədə olan hər şeyi ona verdilər və yeyəcək başqa heçnə olmadığına görə ac yatdılar. Şueyb öz hədisində belə deyir: “Ertəsi gün Hz.Əli(ə), Hz.Hüseyn(ə) və Hz.Həsən(ə) ilə birlikdə Hz.Peyğəmbərin(s.a.a) hüzuruna gəldilər.Hz.Peyğəmbər(s.a.a) onların aclıqdan bir quş balası kimi əsdiklərini gördükdə belə buyurdu: “Ey Əbəl-Həsən,sizi bu halda görmək mənə çox ağır gəlir;gəlin birlikdə Fatimənin yanına gedək.Daha sonra onlar birlikdə Hz.Fatimənin(s.a) evinə gəldilər.Fatimə(s.a) aclıqdan qarni belinə yapışmış və gözləri çuxura düşmüş halda mehrabında dayanmışdı.Onu bu halda görən Rəsulallah(s.a.a) Fatiməni(s.a) bağrına basdı və belə buyurdu: “Ey vah!Deməli,siz üç gündür bu haldasız və mən sizdən qafiləm!” Bu vaxt Cəbrail(ə) nazil oldu və “Ey Məhəmməd,Allahın sənə Əhlin Beytinhaqqındakı müjdəsini al!” dedi.Rəsulallah(s.a.a) “Nəyi alım ey Cəbrail?” deyə soruşduqda Cəbrail(ə) “İnsan” surəsini 17-ci ayəsinədək Peyğəmbərə(s.a.a) oxudu. (Rəzvatul-Vaizin, c.1, s.160, Əbul-Fütuh Təfsiri, c.11, s.346, Fəratul-Kufi Təfsiri, s.196, İrşadül-Qülub, s.222(az fərqlə), Məcməül-Bəyan Təfsiri, c.10, s.404(qısa şəkildə).Bu ayələrin yuxarıda adı gedən mübarək şəxslər haqqında nazil olduğu Əhli Sünnənin də müxtəlif təfsir və tarix kitablarında cüzi fərqlə nəql edilmişdir.Məsələn, Zəməhşəri,Təfsiri-Kəşşəf,İnsan surəsinin təfsiri.Eyni hədisi Fəxri Razi “Təfsiri Kəbir”ində Kəşşəfdən və Vahididən nəql etmişdir...) 198.Sünni və Şiə mənbələrinin demək olar ki,hamısı bu ayələrin Hz.Əli(ə), Hz.Fatimə(s.a),Hz.Həsən(ə),Hz.Hüseyn və Fizzə adındakı xidmətçiləri haqqında nazil olduğunu söyləyirlər: “5.Şübhəsiz ki,yaxşı əməl vəitaət sahibləri(Cənnətdə) kafur qatılmış(şərabla dolu) qədəhdən içəcəklər. 6.O(kafur) elə bir çeşmədir ki,Allahın bəndələri ondan içəcək və onu(istədikləri yerə) asanlıqla axıdacaqlar. 7.Onlar(Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdilər ki,verdikləri sözü(etdikləri nəziri) yerinə yetirər və dəhşətli(aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən(qiyamət günündən) qorxarlar. 8.Onlar öz iştahaları çəkdiyi(özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula,yetimə və əsirə yedirərlər. 9.(Və sonra yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq allahın rizasından ötrü yüdiririk.Biz sizdən(bu ehsan müqabilində) nə bir mükafat,nə də bir təşəkkür istəyirik. 10.Həqiqətən, biz Rəbbimizdən,çox sərt(müdhiş),çətin gündən(üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi,çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq! 11.Allah da onları o günün şərindən qoruyacaq,onlara gözəllik və sevinc bəxş edəcəkdir(üzlərinə təravət verəcək,qəlblərini sevindirəcəkdir). 12.Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.......... 17-ci ayəyə kimi. (“İnsan” surəsi, 5-17-ci ayələr) Əhli Beyt İmamlarından başqa,İbn Abbas,Mücahid və Əbu Saleh kimi ravilər də bunu rəvayət etmişdir. (Məcməül Bəyan Təfsiri, c.10, s.404) adminka
Posted on: Tue, 16 Jul 2013 13:24:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015