İnterAz TV-nin Arena verilişinə qonaq olan Tərlan Əhmədov - TopicsExpress



          

İnterAz TV-nin Arena verilişinə qonaq olan Tərlan Əhmədov Neftçinin baş məşqçi postunu tərk etdikdən sonra klub prezidenti Sadıq Sadıqovun köməkçisi təyin edilən Böyükağa Hacıyevin onun işinə müdaxilə etdiyini deyib. O, etiraf edib ki, Neftçidə işləməsinə PFL prezidenti Ramin Musayev şərait yaradıb. Mən istefaya gedənə qədər Neftçi çempionatda lider idi, amma hiss edirdim ki, hansısa bir məğlubiyyət gözlənilir ki, mənim yerimə kimsə gətirilsin. Super Kubok oyununda məğlubiyyət bizim göndərilməyimiz üçün bəhanə oldu. Böyükağa Hacıyev məni dəfələrlə komandadan uzaqlaşdırmağa cəhd edib, amma Sadıq Sadıqov qoymayıb”. Mən Böyükağa Hacıyevin Neftçidə köməkçisi olmuşam. Hər bir məşqçi kluba gələndə özü ilə köməkçilərini də gətirir, amma mən Neftçiyə Hacıyevin istəyi ilə gəlməmişəm. Məni kluba təqdim edən Ramin Musayev olub. Ona görə də Hacıyev istefa verəndə mən istefa vermədim. Hacıyevin özünə də dedim ki, məni bu kluba gətirən adam get desə, gedərəm.
Posted on: Sat, 09 Nov 2013 08:31:40 +0000

Trending Topics



div>

Recently Viewed Topics




© 2015