İsmayılov Telman Mərdan oğlu 1956-cı il oktyabrın 26-da - TopicsExpress



          

İsmayılov Telman Mərdan oğlu 1956-cı il oktyabrın 26-da Göyçay rayonunda anadan olub. Milliyyətcə yəhudidir. 1989-cu ildən AST (Alik (Ələkbər), Sərxan və Telman) şirkətlər qrupunun prezidentidir. Moskvadakı Çerkizovo, Varşavski bazarlarının, “Praqa” restoranının, “Qof” mehmanxanasının, AST nəşriyyatlar qrupunun sahibidir. İsmayılovlar ailəsində 12 uşaq dünyaya gəlib ki, Telman onuncu olub. 1973-76-ci illərdə Azərbaycan Xalq Təsərrüffatı İnstitutunda ali təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra isə Moskvadakı Plexanov adına Xalq Təsərrüfatı İnstitutunu bitirib. O, 18 yaşında - Azərbaycan Xalq Təsərrüfatı Institutunun (indiki İqtisad Universiteti) birinci kursunda təhsil alarkən mağaza sahibi olub. “Forbs” jurnalının versiyasına görə, Rusiyanın ən varlı adamları sırasında yer alır və varidatının həcmi 700 milyon dollar civarında qiymətləndirilir. Ümumrusiya Azərbaycanlıları Konqresinin və Avrasiya Yəhudiləri Konqresinin vitse-prezidentidir. 2009-cu ildə Türkiyədə “Mardan Palace” otelini tikdirmişdi. Hobbisi qiymətli saat yığmaqdır. Kolleksiyasında təxminən 2 mindən çox qiymətli saat var. Evlidir, iki oğlu var.
Posted on: Sun, 26 Jan 2014 17:44:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015