İş və Kariyera Sərgisi Ali təhsil və iş təklifləri - TopicsExpress



          

İş və Kariyera Sərgisi Ali təhsil və iş təklifləri ölkənin ən böyük təhsil və karyera sərgisində ! Oktyabr ayının 4-dən 6-a qədər Bakı şəhərində “Education & Career 2013” 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi keçiriləcək. Təhsil və Karyera” sərgisi təhsil sahəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir. Sərgiyə müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edən dünyanın 20 ölkəsindən 100-dən artıq iştirakçının qatılacağı gözlənilir. Bakalavr və MBA proqramları, dil kursları, biznes proqramları və xaricdə təhsil sistemləri isə sərgi ekspozisiyasının əsasını təşkil edəcək. Diqqətəlayiq haldır ki, bu il ilk dəfə olaraq beş ölkə öz milli stendi ilə çıxış edir. Bu ölkələr müxtəlif şəhərlərin məşhur təhsil müəssisələrini təmsil edən Belarus, Litva, Ukrayna, Macarıstan və Polşadır. Sürətli iqtisadi ikişaf biznesin genişlənməsi və qiymətli kadrlara olan tələbatın artması deməkdir ki, bu da təhsil sahəsində inkişafı daha da fəallaşdırır. Bu təmayülü isə “ВР”, ARDNŞ, “Azercell”, “Iteca Caspian” və digər şirkətlərin iştirak etdiyi “Karyera” sektoru dolğun şəkildə əks etdirir. Bu sektorda öz karyeralarını bu və ya digər sahəyə həsr etmək istəyən gənclərdən ərizə və sənədlərin qəbulunu həyata keçirən işəgötürmə şirkətləri də iştirak edəcək və öz stendlərində ilkin müsahibələr aparacaqlar. Sərgi çərçivəsində şirkətlər təlim (treyninq) proqramları, məzun və praktikantlar üçün işəgötürmə proqramları, neft-qaz mütəxəssislərinin təhsili üçün maliyyə dəstəyi və Azərbaycanın neft və texniki sahələr üzrə ali təhsil müəssisələrinin məzunları üçün xüsusi proqramlar da təklif edəcəklər. “Təhsil və Karyera” sərgisi yalnız orta məktəblərin sonuncu sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri, eləcə də sahə mütəxəssisləri üçün açıq olacaq. Məkan: «JW Marriott Absheron Baku Hotel» Tarix: 4 oktyabr, Cümə: 11:00 - 18:00 5 oktyabr, Şənbə: 10:00 - 18:00 6 oktyabr, Bazar günü: 10:00 - 16:00 Sürətli qeydiyyat linki: education.iteca.az/2013/?p=visitors_fast_register&l=az İnformasiya dəstəyi: Oley.az
Posted on: Thu, 26 Sep 2013 13:40:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015