Əhli-imanə könül, nur dolu mənadı Riza, Quranın batinidir - TopicsExpress



          

Əhli-imanə könül, nur dolu mənadı Riza, Quranın batinidir sir dolu dəryadı Riza. Sevgini bölsən əgər beş yerə əlbət bilinər, Xaliqin bəndəyə bəxş etdiyi sevdadı Riza. Ahuya zamin olub, bəndələrə lütfi yetib, Hər iki aləmə sərvər belə mövladı Riza. Kəlmeyi-movhidi ifadə edən bilməli bəs, Şərti-iman ilə sərlövheyi-təqvadı Riza. Naibi-şiri-Xudadır əzəlivü əbədi, Varisi-xətmi-Nəbi, zati-mübərradı Riza. Hərəmində kim ola zairi cürmi silinər, Pakilər məskənidir cənnəti-məvadı Riza. Zalimə əks gedib çəkmədi bica sitəmi, Həqqə qurban gedən İsmaili-Minadı Riza. Çox cəfa gördüsə də dözdü Xuda xatirinə, Səbrdə cəddi Yədullah ilə həmtadı Riza. Üzünün nuruna rovnəqdi əlifü lam mim, Həl ətayə yol açan batini-Tahadı Riza. Səcdəsizdir namazın dinin İmamsız olsa, Xaliqinvacib olan rüknini icradı Riza. Bəşər övladını fərqən qoyasan mərtəbəyə, Bəşərin bilmədiyi alivü əladı Riza. Nə qədər vardısa insan İmama möhtacdır, Harda bir müşkül ola orda mühəyyadı Riza. Soltan, aç bəzmi-mübarək Əli övladı üçün, Müstəfa ümmətinə ziynəti-Zəhradı Riza. Hacı Soltan Əlizadə " Hemid Atababayev "
Posted on: Tue, 10 Sep 2013 20:10:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015