11:24 PM DÜNYA SEVGISI Dünya sevgisi Ey əziz qardaş, dünya - TopicsExpress



          

11:24 PM DÜNYA SEVGISI Dünya sevgisi Ey əziz qardaş, dünya sevgisindən uzaq ol! çünki dünya sevgisi bütün xətaların səbəbidir. ("Usulul-kafi" c.2, sə.238) Yalnız dünyanı hədəfləyən insanın əməli fasiq olar. Dünya insana ölemdən sonrakı həyat üçün verilən bir şansdır. Yəni dünyanın faydası ölümdən sonra başlayır. İnsan savab və axirət səmərəsi üçün düya tələb etməlidir. çünki axirət dünyası yaşadığımız bu dünya kimi deyildir. Həmçinin, insan bu dünyadan yaşamaq üçün zəruri olan miqdarda istifadə etməli, üzünün suyi və camalını qorumalıdır. Belə əməllər saleh əməllərdən hesab olunur. ("Əxlaq" seyid Abdullah Şübbər, səh.211) Bil ki, dünya dəniz suyu kimidir. Susuz insan hər dəfə ondan içdikdə yenidən içmək istər və sonda içdiyi su onu öldürər. ("Usulul-Kafi" c.2, səh.810, "Əxlaq", Seyid Abdullah şübbər, səh.215) Həmçinin, düya zahiri bəzəkli, naxışlı və yumşaq bir ilan kimidir ki, batini öldürücü zəhərlə doludur.("Əxlaq" Seyid Abdullah şübbər, səh.214) Fəsadın həddi-hüdudu isə yoxdur. Allah-Təala Musaya (ə) vəhy edərək buyurur: "Ey Musa, bil ki, bütün fitnələrin toxumu dünya sevgisidir" ("Biharul-Ənvar" c.123, səh..351) Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurur: "Ən böyük günah düya sevgisidir" "Dünya sevgisi bütün haramların kökü və bütün günahların başlanğıcısıdır" ("Kənzul-Ummal" 6074-cü hədis, "Tənbihul-xavatir" səh.362) Əmirəl-möminindən (ə) nəql edilən rəvayətlərdə buyurur: "Dünya sevgisi fitnələrin başı və bəlaların köküdür". "Bəlaların səbəbi dünya sevgisidir" "Sənə zərər verən dünya sevgisilə Allah dərgahına yaxınlaşa bilməzsən". "Dünya sevgisi dini zay edər və yəqini aradan aparar". ("Ğurarul-hikəm" səh.139)
Posted on: Mon, 01 Jul 2013 08:32:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015