ABŞ Azərbaycanın müxalif QHT-lərinə 500 min dollar - TopicsExpress



          

ABŞ Azərbaycanın müxalif QHT-lərinə 500 min dollar ayırır Pulu almaq istəyənlər demokratiya, insan haqları, korrupsiyaya qarşı mübarizə, vətəndaş cəmiyyətinin güclənməsi yönündə layihələr təqdim etməlidir. ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu Moldova, Türkiyə və Azərbaycanda fəaliyyət göstərən QHT-lər üçün qrant müsabiqəsi elan edib. Virtualaz.org Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, müsabiqəyə bu ölkələrdə demokratiyanın, insan haqlarının və qanunun aliliyinin təmin olunmasında maraqlı olan təşkilatlar qatıla bilərlər. Moldova QHT-ləri üçün ayrılan məbləğ 300 min dollara yaxındır. Dövlət Departamenti vəsaitin Moldovada azlıqların hüquqlarının qorunmasının gücləndirilməsinə yönəlməli olduğunu bildirir. Proqram birdən çox azlıq qruplarına hesablanıb və bolqarları, qaqauzları, yəhudiləri, ukraynalıları və digər milli azlıqları əhatə etməlidir. Türkiyə QHT-ləri isə vətəndaş cəmiyyətini gücləndirmək üçün Dövlət Departamentindən 500 min dollara qədər qrant ala bilərlər. Bu vəsait vətəndaşların siyasi proseslərdə daha fəal iştirakını təmin etməyə, dövlətin siyasəti barədə ictimai debatları təşviq etməyə, stabil demokatik institutların dəstəklənməsinə və digər bu kimi məqsədlərə yönələcək. ABŞ Dövlət Departamenti daha 500 min dolları Azərbaycanda vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi üçün ayırır. Xəbərdə bildirilir ki, bu vəsait vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsinə, qanunun aliliyinin dəstəklənməsinə, əsas hüquq və azadlıqların təmin olunmasına kömək göstərməyə, korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsinə və digər bu kimi məqsədlərə sərf olunmalıdır. Proqram Azərbaycanda demokratiya və insan haqları sahəsində fəaliyyət göstərən QHT-lərə texniki dəstəyi nəzərdə tutur. Həmçinin müstəqil QHT-lər əsas azadlıqlar uğrunda mübarizəni dəstəkləmək üçün Dövlət Departamentinə kiçik və orta qrantlar üçün müraciət edə bilərlər. Layihələr elektron formada dekabrın 18-dən etibarən təqdim olunmalıdır. Tələblərdən də göründüyü kimi, Dövlət Departamentinin bu qrantına müxalif QHT-lər iddia edə bilər. Rəsmi Bakı ABŞ hökumətinin bu cür QHT-ləri maliyyələşdirməsindən ciddi narazıdır. ABŞ-dan müntəzəm olaraq iri məbləğlərdə qrant alan Azərbaycan QHT-lərindən biri - Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində bu günlərdə Baş Prokurorluq tərəfindən yoxlamalar başladılıb. Həmin QHT-nin rəsmi qeydiyyatı olmasa da seçkilərin monitorinqi üçün ABŞ-ın hökumət agentliklərindən yüz minlərlə dollar qrant alıb.
Posted on: Sat, 09 Nov 2013 22:49:55 +0000

Trending Topics



margin-left:0px; min-height:30px;"> 4728831085903 Blue Electric Expansion II Modern Wall Art by Ash
ZeroWater ZR-017 Replacement Filter, 2 Pack Want to find
Question. Why do you all think that only 3% of the world’s
The Lord is faithful to the entire family of BLW EMU North Cyprus
The ONLY CLINICALLY PROVEN slimwear Slim Up Smart

Recently Viewed Topics




© 2015