▼ ‹ › Ana Sayfa Web sürümünü görüntüle 24 Ağustos - TopicsExpress



          

▼ ‹ › Ana Sayfa Web sürümünü görüntüle 24 Ağustos 2013 Cumartesi Doctor Hamid zaman: 07:17 Eşq və Başqa dərdlər.. - Səni sevirəm.. İki kəliməyə hisslərini necə yerləşdirə bilir deyə düşündüm. Cavab verə bilmədim. Bəlkə də verəcək cavabım yox idi. Bir neçə saat idi burda, bu skamyada dinməzcə oturmuşduq. İçimizdə bir yanğı dolaşırdı. Məhəbbət idi bəlkə də. Yağış həzin həzin yağırdı. Bir musiqi kimi. Yaşamaq və xoşbəxtlik istəyinin ləziz qoxusu yayaraq.. - Bilirsən hərdən səni anlaya blmirəm. Hərdən çox dərdli, hərdənsə, ifadəsiz görünürsən. Üzümə xəfif gülümsəmə qondu. - Əgər məni anlamağı bacarsaydın, bayaq ki, iki kəliməni deməzdin.. - Səncə, hislərimdə yanılıram? - Bu mümkün deyil. - Niyə? - Çünki hislər ağıla görə uydurulmayan bir şeydi. Bir an gəlir. Həmin an sevirsən düşünürsənsə o ana görə sevirsən, bir neçə gün sonra sevdiyini düşünmürsənsə, bu artıq bu düşüncəyə qapıldığın anın düçüncəsidi. - Yəni bu heç sevmədim anlamına gəlmir, düzdü? - Tamamilə.. - Amma mən səni həmişə sevəcəyəm. - Belə əmin danışma.. - Bu qədər şübhəçi olma. - Bəlkə də haqlısan.. Ona heyran idim. Onun dediyi kimi rahat deyə bilmirdim hislərimi. Mənə görə hislərlə sözlər ayrı ayrı şeylərdi axı. Mən hislərimdəki coşğunu necə sözlərə yansıtım axı.. - Hərdən elə düşünürəm ki, tənhalığı daha çox istəyirsən.. - Təhlükəsizdi , ona görə.. - Kimə görə? - Bilmirəm. Həm mən , həm də ətrafdakılar üçün.. Əslində özüm üçün təhlükəsiz idi.. Getmək lazım olanda, qaçanda geridə baxmağa bir şey olmaz tənha olsan.. - Demək tənhalığı hər şeydən çox istəyirsən? - Hər şeydən yox , çox şeydən.. Sakitcə əlini tutmağı özümə rəva bildim. Əlindəki hənirti , istilik sanki dərimdən damarlarıma, qanıma keçdi. Bütün bədənimi sarsan bur duyğu. Həyəcan, qorxaqlıq, utanma, sevgidən hazırlanmış “kokteyl”.. - Mən var ola – ola necə tənhalığıüstün tuta bilirsən? - Çünki sən indi varsan, sabah olmama ehtimalın var, amma tənhalıq həmişə qapının qarşısında gözləyir, nə vaxt içəri buyur edəcəyimi səbrlə gözləyir.. - Bu qədər pessimistlik nəyə lazım?! Axı mən burdayam! Sevən biri bu cür sözlər deməz. - Mən hələki sevdiyim barədə bir söz deməmişəm, madam.. - Deməyə gərək yoxdu. Qadınlar kişilərdən çox daha həssasdı. Birseçim qarşısında qalanda doğurdan da çətin olur. Bir tərəfdə yalnız özümü incidə biləcək tənhalıq, digər tərəfdə ikimizi də zədələmə ehtimalı olan çılğın sevgi macərası.. - Tərəddüd edirsən? - Bir qədər.. Sakitcə qollarını boynuma dolayıb üzünü çiynimdə rahatca yerləşdirdi. Sanki həmişə belə qalacaq mış kimi.. - Sənə necə kömək edim tərəddüdündə? - Artıq etdin.. Yavaşca aralandım. Dodağlarımı alnına toxundurub bir öpüş izi qoydum. Siması parıldayırdı. Küçə fənərinin saldığı işıq üzünü daha da aydınlatmışdı. Zatən qaranlıqda belə görüləcək bir üz idi. Bəlkə də mənim gözümün önündən getmirdi bu çöhrə sadəcə.. - Alnımda mənim üçün əbədi bir xatirə qoydun.. - Sənsə qollarını doladığın boynumda.. Gülümsədi. Və anladım ki, sən demə küçə fənəri yoxmuş burda . uzaqda bir fənər vardı sadəcə. Parıltını salan Ay işığı idi. o isə güzgü tək əks etdirirdi Ayın gözəlliyini özündə. Və onun ğz parıltısı Ayı belə geridə qoyurdu.. Qəribədi.Bəzən uşaqca dünyanı unudub yalnız özümüz varmış kimi bu dünyada ancaq davranırıq. Bir küçə aralıda bir yaşlı kişi zibilliyin içində bir şüşə içkinin içində yox olan xoşbəxtliyinin, qonşu ailədəkilər aclığın gəlişinin, başqa bir ölkədə müharibənin səfalətinin yasını tutduğu halda biz burda musiqinin ritminə dalmışdıq. Buludlar arasındakı Ayın ifasındakı musiqinin.. - Bəlkə anı keçib deyə bayaqkı kəlimə barədə fikrin dəyişib? - Yox, mən hələ də səni sevirəm. Heç bitməyəcək bir film kimi görünür xoşbəxt anlar. Amma bitir. Və sonluq heç də aktyorlardan aslı olmur. Sonluğu isə film bitənə kimi düşünmək sadəcə axmaqlıqdı.. - Mən də səni sevirəm..
Posted on: Mon, 09 Sep 2013 07:10:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015