“Atletiko”nun “Xocalı bilərziyi” erməniləri - TopicsExpress



          

“Atletiko”nun “Xocalı bilərziyi” erməniləri hirsləndirdi Atletikolu futbolçularının qara sarğıları erməniləri vahiməyə saldı. Madrid klubunun qarşılaşmaları Ermənistanda yayımlanmayacaq. İspaniyanın Atletiko klubunun matçları Ermənistanda yayımlanmayacaq. Newstime.az Anspress-ə istinadən xəbər verir ki, Ermənistan tərəfi Atletikonun Xocalı soyqırımı ərəfəsində oyunlara qara sarğı ilə çıxması qərarından sonra bu addımı atıb. Ermənistanda Atletiko komandasının yayım hüququna malik olan ATV kanalı rəhbərliyi klubun matçlarını yayımlamamağı qərar verib. Qeyd edək ki, Ermənistan ATV kanalı sabah baş tutacaq Osasuna-Atletiko matçını canlı yayımlamağı planlaşdırsa da fikrindən daşınıb. Xatırladaq ki, Atletiko klubu futbolçuları Xocalı soyqırımının ildönümü ərəfəsində keçirəcəkləri matçlara qollarında qara sarğı ilə çıxmağa qərar veriblər. Başda Arda Turan olmaqla Xocalı soyqırımını pisləyən bir neçə futbolçunun videoçarxı isə klubun rəsmi saytına yerləşdiriləcək.
Posted on: Sat, 22 Feb 2014 17:38:28 +0000

Trending Topics



>
If you’ve ever read the comment threads on stories about voter
Feliz aniversário ao garoto que fez milhares de garotas sorrirem

Recently Viewed Topics




© 2015