Azərbaycan Respublikası teatr xadimlərinin təltif edilməsi - TopicsExpress



          

Azərbaycan Respublikası teatr xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 27.06.2013 | Visits: 44çap versiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev teatr xadimlərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: "Şərəf" ordeni ilə Aslanov Siyavuş Məmmədağa oğlu Məmmədova Şəfiqə Haşım qızı Pənahova Amalya Əliş qızı "Şöhrət" ordeni ilə Əhmədov İlham Namiq Kamal oğlu Səfərova Afaq Bəşir qızı "Tərəqqi" medalı ilə Abbasov Zülfüqar Qulu oğlu Bayramov Tofiq Qulaməli oğlu Əliyev Aydın Allahverdi oğlu Əliyev Təvəkkül Əjdər oğlu Əliyev Vidadi Hüseyn oğlu Qrafkin Boris Fyodoroviç Mirabov Akif Əhməd oğlu Musayeva Şükufə İmran qızı Süleymanov Süleyman İman oğlu Şərifov Vaqif Abdulla oğlu Şirməmmədov Namis Xanmirzə oğlu Vəliyev Ramiz Hidayət oğlu Yaqubova Ella İsmayıl qızı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 iyun 2013-cü il.
Posted on: Fri, 28 Jun 2013 04:46:35 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015