Azərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirləri - TopicsExpress



          

Azərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirləri IV-hissə "Yeni fikir" qəzetində dərc olunan, Amerikanın yerli sakinləri olan hinduların nümayəndəsi, Nyu-Yorklu Cek Rassinqin Bakıya göndərdiyi məktub maraq doğurur. Öz tayfası mohavaklar barəsində söz açan Con Rassinq məktubda qeyd edir: "Mənim tayfam olan mohavaklar barədə mövcud rəvayətlərə əsaslanaraq bildirmək isərdim ki, tayfamızın mənşəyi "Yer kürəsinin o biri tərəfindən" gəlmədir. Antropoloji dəlillərə əsaslanaraq ehtimal etmək olar ki, biz bura əlli min əvvəl Azərbaycandan Berinq boğazı yanından köçüb gəlmişik, onlar Xəzər sahillərindən köçə başlayaraq Sibir, Qazaxstan və Özbəkistan ərazilərindən keçərək indiki ərazilərdə məskunlaşıblar. İndi də bizdə Azərbaycan xalqının adətləri və sözləri ilə oxşarlıqlar qalmaqdadır və bizim aramızda müəyyən etnik uyğunluq var". Bu fikrin davamı olaraq Nazım Rizvan tədqiqat əsərində yazır: «Hindu hüquqşünasının dediklərinə dəstək olaraq Cənubi Amerikada And dağ silsiləsini, Ataqam səhrasını, Oqayo ştatındakı Sevil şəhərin, İlliyanis ştatında, Onarqa (on arxa), Kanada da Manitoba gölü və Alyaskada Qaltaq şəhərini və başqa yer adlarını, hindu tayfalarının adların adət ənənələrin, mifalogiyasını misal göstərmək olar. Məgər Qədim Astek mədəniyyəti Az-tək-dən, xəbər vermirmi?» Filologiya elmləri doktoru professor Qara Namazovun da bu nəzəriyyə ətrafında tədqiqatları olduqca maraqlıdır. Professorun "Yeni fikir" qəzetində dərc olunan məqaləsində deyilən odlu torpaq adlarında yaşayan bir tayfa 24 qəbildən ibarətdir. Dilləri türk dilinə uyğunluğu onlarla oğuzlar arasında yaxınlıq olması barədə fikir doğurur. Azərbaycanlıların Amerika qitəsində qədim tarixi barəsində zəngin məlumat, tanınmış ədib, məhşur jurnalist Əlibəy Hüseynzadənin 1905-ci il "Həyat" qəzetinni 129-cu sayında nəşr olunan "Kristof Kolumbu, yoxsa türklərmi?" məqaləsidir: «Məlumdur ki, Amerikanın kəşfi tərəfi Kristof Kolumba aiddir. Bir neçə millət vardır ki, bu tərəfə iştirak iddiasında bulunuyorlar, İtaliyanlar bilxassə Cenevrə şəhəri xalqı duyorlar ki, Kalumb bizlərdən olduğu üçün, bizim şəhərimizdə təvəllüd etdiyi üçün tərəf bizimkidir, ispaniyalılar duyorlar ki, xayır! Kalumba gəmiləri biz verən olduğumuz üçün o tərəfə kimsənin haqqı olmaz. Osmanlı türkləri diyorlar ki, biz İstanbulu fəth etməsə idik, avropalılar Hindistana ayrı yollar arayıb Amerika kəşfilə müvəffəq olamaz idilər. Skandinovaya xalqı isə diyor ki, Kalumbda çox əvvəl biz İspaniyada vəzifəsindən Amerikanın Şimal cəhətlərinə getmiş idik. Ancaq bu hadisə bixəbərə yaddan çıxdı. Lakin axirən fransızca, "Fiqaro" qəzetinin verdiyi xəbərə baxılır isə türklərin Kalumbdan öncə Amerikaya getmiş olduqları anlaşılıyor. Bu qəzetdə oxunduğuna görə "Amerika Cümhuriyyətindən olan Meksikanın üləmi-lissaniyyuni Meksikanın vəsatətlərindən bəzi qəbilələri və əşirətlərin türkcə danışılıb söylədiklərini kəşf edib fövqəladə düçari heyrət olmuşlardır. Bunun üzərində üləmayi-münşileyhəm, ticarət qəsdilə Meksika şəhərində iqamət etməkdə olan bir istambullu ruma müraciət edərək məsələyi həll etmək üçün özləri ilə bərabər türkcə danışan qəbilələrin xristian dininə getməsini təklif etmişlər. Rum taciri dəxi təklifi qəbul edib falları üləmanın rəfaqətində ixtiyari qədər etmiş və qəbilə əfradi tərəfindən sözləri söyləmək tamamilə türkcəyə müşabe olduğunu müşahidə eyləmiş və bi az qəbilənin şivəsilə təkallümə başlayıb Kəmalisüh ulətə təatnü-əfkar söyləmişlər". Bu hadisəyə Meksikalar nəhayət məktəbə heyrət ediyorlar. "Türklər kimdir və kimlərldən ibarətdir" ünvanı məqaləmizdə zikr olunduğu vəchlə, Baykal civarında orxun şəhri kənarlarında tukyu, yaxud türk-oğuz türklərinə dair fövqəladə kəşfiyyat mühümmədə bulunan Peterburq və Helsinq-fars türkoloqlarının heyət elmiyyələrinin Meksikaya dəxi bərayi şəhəriyati-Ciddiyyə adamlar göndərəcəklərii ümid ediyoruz. İstambulda hənuz böylə şeylərin qədrini biləcən dərəcədə hazırlıq yoxdur!...» Çox böyük əhəmiyyəti olan bu məqalə Amerika qitəsilə azərbaycanlıların qədim bağlılığını sübut edir. Nazim Rizvan Peterburqlu alim Boris Lukinin "Kuba xalq poeziyası mədəniyyətinin qaynaqları" kitabını araşdıraraq qeyd edir ki, orta əsrlər Kuba aşıqlarının antroloji qurluşları, qopuzları, geyimləri, gənc aşığın belindəki xəncər, başlarındakı çalma və papaq onların türk soy-köklü aşkarlayır. Kuba aşıqları orta əsrlərdə "huqlar" adlandırılırdı. Onlar milli ədəbiyyatdan qidalanaraq xalq maarif və informasiyasında görkəmli rol oynamışlar. Xalq şairləri və musiqiçiləri öz biliklərini şagirdə ötürmüşlər. Çili müğənniləri və Braziliyanın el şairləri Azərbaycan aşıqları kimi sənət birliklərinə ehtiyac baxımından öz qurultaylarını çağırırlar. Peşəkar xalq müğənnilərdən bir çox salnaməçi şair və təbliğatçı şair kimi fəaliyyət göstərərək vətənlərinin istiqlalı uğrunda mübarizələrdə iştirak edirlər". Bundan əlavə Afrika və Asiya, Avropa qitəsində də azərbaycanlı nəfəsi izi görünməkdədir. Bu istiqamətdə isə ilk işlər Azərbaycanın arxeoloji qazıntıları, ərazilərini tədqiq etməklə başlanmalıdır. Xüsusilə Ordubad rayon ərazisindəki Gəmi qaya adlı dağlıq zonada və Qobustan qayalarında aşkarlanan qayaüstü rəsmlər, qədim əşyalar, alətlərini demək olar ki, dünyada tayı-bərabəri yoxdur. Azərbaycan mühacirətinin, mədəniyyətinin qədim köklərini araşdırmaq baxımından misilsiz əhəmiyyət daşıyan Gəmiqaya, Qobustan və digər arxeoloji mərkəzlərimiz Azərbaycanın qədim və zəngin tarixində xəbər verir. Azərbaycan tarixi ciddi tədqiqat işlərinə ehtiyac var. Çünki Avropa, Asiya, Afrika, Amerika və Okeanıya kimi qitələrdə Azərbaycan tarixilə bağlılığı ehtimal olan faktlar bu gün də qalmaqdadır. XIX əsrin əvvəllərində Azərbaycan tarixini tədqiq edən Rəşid bəy İsmayıl oğlu yazırdı: «Asiyadan Avropaya vaqe olmuş olan mühacirlərin cərəyanları başlıca Qafqazdan, dəxi Azərbaycandan mühür eyləşmiş olması Azərbaycan irqinin Rusiya və Avropa irqi ilə dəxi münasibətlərdədirlər". Bütün yuxarıda deyilən sözlərini çox hissəsi elmi əsaslarla isbat olunmuşdur. Azərbaycanlıların bütün qitələrə səpələnməsi tarixi proseslərin bir və başlıca qoludur. Azərbaycanlıların mühacirət tarixinin başlanğıcı hələlik tam dürüstləşməyib. Tez-tez bu istiqamətdə aparılan işlərin müsbət nəticəsin mediada nəşr olunan məqalələrdə görmək olar. 1994-cü ildə "Səhər" qəzetində nəşr olunan bir məqalə maraq doğurmaya bilməz. Məqalədə qeyd edilir: «Qədim Azərbaycan ərazisindən Yunanıstana gedən ilk filosof Anaxarsis olub. O eramızdan əvvəl 539-cu ildə Afina şəhərindəki akademiyada dərs deyirmiş. Yunanlar dünyanın 7 məşhur filosofu arasında Anaxarisi birinci hesab ediblər". Bu məşhur filosof Azərbaycan mühacirətinin nümayəndəsi kimi tarixə düşüb». Bütün deyilənlər, yazılanlar, faktlar Azərbaycan mühacirət tarixinin qədimliyinin bariz nümunəsidir. Zaur Əliyev AMEA-nın əməkdaşı Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri Siyasi fəlsəfə doktoru
Posted on: Sun, 07 Jul 2013 07:57:25 +0000

Trending Topics



b>
Lidar skanning forandrer hvordan arkeolog se en gammel
L’APICULTURE (Fiche N° 12) L’abeille domestique Dans un
On March 15, 1968, at 4 PM in Phenix City, Alabama, I married the
Good evening to everyone that is reading this. I have not been on
1326 I dont know why my parents are so keen to get me married , i

Recently Viewed Topics




© 2015