Bağışla ey həyat, məni bağışla. Sənə heç bir zaman - TopicsExpress



          

Bağışla ey həyat, məni bağışla. Sənə heç bir zaman alışa bilmədiyim üçün bağışla. Sənlə savaşmadığım üçün bağışla. Zəifliyini üzünə vurduğum üçün bağışla. Bağışla ki hər dəfə vuracağım zərbə daha qüvvətli olsun varlığına. Ey həyat, axı sən bilirsən gözlərimə dik baxmağa üzün yoxdur. Bax səni bu qədər utandırdığım üçün bağışla məni. Səni həyat yerinə qoymadığım üçün bağışla məni. Hə bu arada gedərkən bütün keçmişimi və gələcəyimi də apar özünlə. Çünki bu gündən mənim üçün yalnız indi var.
Posted on: Mon, 02 Sep 2013 18:35:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015