Bilin Əbbasi Əli çun o vəfadar mənəm Naibi şiri Xuda - TopicsExpress



          

Bilin Əbbasi Əli çun o vəfadar mənəm Naibi şiri Xuda Heydəri Kərrari mənəm. * * * * * * * * * * Yox bərabər mənə aləmdə əya qövi ərəb Zərbi şəstimlə bilün tab eləməz şami hələb Gəlmisiz bir nəfərin üstünə yüz min nə səbəb Bir Hüseyn qardaşıma yavəri ənsari mənəm. * * * * * * * * * Çəkərəm qeyzi qəzəblə bu zaman tiqi sənan Edərəm su yerinə indi bu səhraləri qan Nədi leşkər nədi bu qövmi Ömər Sədi sənan Eylərəm yox hamısın ziyqəmi xun xari mənəm * * * * * * * * * * Yoxdu bakim yüz ola min bu qədər leşkəridən Çün şücaət yetişib irsi mənə Heydəridən Tökərəm qan, alaram can nə qədər sizlərdən Naibi şiri Xuda Heydəri Kərrai mənəm. * * * * * * * * * Açdı şahbazi kimi Heydər əduvva pəri bax Qorxudan Şimri Ömərdən kəsilib nitqi məlal Qeyz ilə həmlə edib leşkərə çun Rüstəmzal La fətanın balası aləmə sərdar mənəm. * * * * * * * * * * Çünki dəvayə başında var idi eşqi həvəs Dəmbədəm nərə çəkərdi salıb aləmlərə səs Kəsilib qövmi Ömərdən o zaman nitqi nəfəs Mürtəza oğlu, Hüseyn qardaşı salari mənəm. Göndəribdür məni dəvayə o şahi mədəni Qaçmeyün hazir olun cəngə əya qövmi dəli Bir belə gündən ötür bəsləmişəm bu bədəni Naibi mən qəbəti heydəri kərrari mənəm. * * * * * * * * * * Yol verin abi Fərata gedim ey qövmi dəqa! Bir Xudadan utanın bircə edün şərmi həya İznim olsaydı edərdim sizi bir mərrə fəna Qalmışam Kərbübəla içrə giriftari mənəm. * * * * * * * * * * İçəmdün sən su özün, baxdün o ali nəsəbə Xeymədə teşnə qalan şahi Hüseyn ərəbə Qurban ollam belə bu qeyrəti həqqi ədəbə İçmərəm mən bu sudan eylərəm iqrar mənəm. * * * * * * * * * * Su ilə məşqini doldurdu o dəm mala mal Gətdi tək puyi atın bəzmilə ba əzmi xitab Qoşuna vurdu qılınc eylədi çün ahi fəğan Nərə çəkdi dedi Əbbasi ələmdari mənəm. * * * * * * * * * * Dögülüb kusi dəhül təbl naqara vurulub Tazədən hökm olunub leşkərə səflər qurulub Bir içim sudan ötür yüz minəcən canqırılıb Sahibi tiqi dosər ziqəmi xunxari mənəm * * * * * * * * * * Yetişib abi Fərat üstə olub daxili ab Dedi tez iç bu sudan teşnəsən əz bəsgi üqab Alıb ətrafımızı qövmi dəqa misli səhab Bir içim su aparım Əsğərə naçari mənəm. * * * * * * * * * * Tut əlindən bu Axundun iki dünyadə ağa! Var onun göylü həqiqət bu təmənnadə ağa! Şərmüsər olmasın ol mənzülü üqbadə ağa Ruziya həm əli boş bəsgi günahkari mənəm.
Posted on: Wed, 11 Sep 2013 14:54:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015