Biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün - TopicsExpress



          

Biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün yaxınlarınıza təkrar-təkrar çatdırın! İlham Əliyev monopoliya yaradıb, bütün ərzaqın, tikinti və geyim məhsullarının qiymətini ərşə qaldıran bir neçə oliqarxın prezidentidir. Rüstəm İbrahimbəyov isə varını yoxunu sərf edib, şəxsi biznes quran amma hər gün vergi, polis, icra hakimi və digər məmurların təzyiqi ilə qanunsuz ödənişlər etməkdən bezən sahibkarların prezidenti olacaq: 1. Bütün oliqarxlar biznes fəaliyyətindən və dövləti vəzifələrdən kənarlaşdırılacaq. Bütün məmurlara və nazirlərə biznes fəaliyyəti ilə məşğul olmaq qadağan olunacaq. Heç bir məmurun və oliqarxın, sahibkarların və ya vətandaşların malına və puluna göz dikməsinə imkan verilməyəcək! 2. İqtisadiyyatın hər bir sahəsində sahibkarlara və biznesmenlərə bərabər iş şəraiti və imkanlar yaradılacaq! 3. Sahibkarlara güzəştli kreditlər və biznesin inkişafı üçün hərtərəfli dövlət dəstəyi göstəriləcək və bütün bunlar rüşvətsiz həyata keçiriləcək! 4. İcra hakimlərinin səlahiyyətlərinin əsas hissəsi demokratik yolla seçilmiş bələdiyyələrə veriləcək. Onlar da sırf xalq üçün işləyəcək. Bələdiyyələrin vəzifələri tam olaraq əhalinin onlara verdiyi səsdən asılı olacaq. Onlar da öz növbəsində məcbur olub sahibkarlara və biznesmenlərə hər tərəfli köməklik göstərəcəklər və onların işinə mane olmayacaqlar. Bütün bunlar yalnız Sizdən asılıdır! Bu gün Sizin Rüstəm İbrahimbəyova verdiyiniz dəstək Azərbaycanın gələcəyini həll edir! (Bəyənin, paylaşın, müzakirə edin, dostlarınıza göndərin, məclislərdə, avtobusda, xeyirdə-şərdə müzakirə edin!)
Posted on: Fri, 19 Jul 2013 14:23:34 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015