Bu gün Beynəlxalq Müəllimlər Günüdür! Adların ən - TopicsExpress



          

Bu gün Beynəlxalq Müəllimlər Günüdür! Adların ən şərəflisi Bu gün onların günüdür. Hansı ki, bizlərin yolunda gecelərini-gündüzlərinə calayan və cəmiyyətdə əziyyətlərinin bəhrəsini görmək üçün daiama oxuyun adam olun deyərək, hər cür yollarla bizləri düz yola istiqamətləndirən – müəllimlərimizin günüdür. Hər il oktyabırın 5-də Beynəlxalq Müəllimlər Günü qeyd olunur. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində 5 oktyabr – müəllimlərin peşə bayramını qeyd edir. Bu gün bütün dünyada olduğu kimi, 1993- cü ildən ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ümummilli liderimizin dediyi kimi bizlərdə həmişə müəllimlərimizin hərarətli qəlbini xoş xatirələrlə xatırlayır, onların bizə verdiyi orta və ali təhsilin keyfiyyətinin cəmiyyətdə daima həlledici rol oynamasının əyani şahidi oluruq. Hərbiçi ailəsindən olduğum üçün atamın işiylə əlaqədar bir müddət rayonda xalamgildə qalıb təhsil almalı oldum. İradə xalamın işlədiyi orta məktəbdə ibtidai sinif müəlliməsi olan Xatun müəllimənin sinfində oxumalı oldum. Xatun müəllimə olduqca çox təcrübəli pedaqoq və məsuliyyətli müəllimə idi. Dərs dediyi uşaqların hamısının savadlı olması üçün şagirdlər arasında tez-tez həvəsləndirici sınaq imtahanları keçirər və onlar arasında bilik rəqabəti aparardı. Bu ilin iyul ayında rayona toya getmişdim. Orada 22 il əvvəl mənə dərs demiş, ağ vərəqlər üzərində ilk dəfə “Ana, Ata və Vətən”kəlmələrini yazmağa öyrətmiş,onların mənalarını açıqlamış əziz müəlliməm-Xatun müəlliməylə görüşməyim mənim üçün iki qat toy- bayrama çevrildi. Həmin an nece təssürratlar keçirdiyimi sözlərlə belə ifadə etmək mümkün deyil. Müəllimlərimizə də olan sevgi ata və anamıza olan qədər eyni ehtiramdır. O zaman müəllim sözündən müqəddəs nə ola bilər?! Daha dərindən fikirləşsək görərik ki, anamız bizi dünyaya gətirib ilk addım atmağı öyrədibsə, müəllimlərimiz bizi sanki, “yerdən-göyə” qaldırıblar. Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Son illər Azərbaycanda da təhsilin inkişafı dayanmadan tərəqqi edir.Prezident İlham Əliyevin təhsilin inkişafına dair verdiyi diqqət nəticəsində son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin əmək haqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla, onların məsuliyyətini də artırır. Hər il olduğu kimi bu ildə müəllimlərin əməklərinə verilən qiymətin baris nümunəsi olaraq,ölkə başçısının 30 avqust 2013-cü il tarixli sərancamı ilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində çalışanların əmək haqqları 10 faiz artırıldı. Müəllim adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan bütün müəllimlərimizi təbrik edirik! Əziz müəllimlərimiz, bayramınız mübarək! Zaur Tahirli
Posted on: Sat, 05 Oct 2013 05:53:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015