“Daha sonra Qax rayonundakı bəzi kəndlərdə meyvə - TopicsExpress



          

“Daha sonra Qax rayonundakı bəzi kəndlərdə meyvə bağlarını və əkin sahələrini dolaşan Kənd Təsərrüfatı naziri İsmət Abbasov istifadəsiz torpaqlar görüncə, «insanlarda tənbəlləşmə getdiyini» vurğulayıb”. P.S. İsmət müəllim, tənbəlləşən kənd insanı deyil, sizlərsiniz, illərdir kresloları ilə diffuziya əlaqəsinə girmiş nazirlər, məmurlar! Büdcə neftə görə dolur, neft büdcənin birbaşa 76%-i, dolayısı ilə 85%-i təşkil edir, ixracatın 97% neft-qazdır, dünya-aləm vecinizə deyil, işləmirsiniz, tam tərsinə, neftdən gələn pulu bacarıqsız xərcləyir, acgözcəsinə mənimsəyirsiniz, ona görə də, tənbəlləşmişsiniz! Kəndli torpağı becərmək üçün stimul istəyir, dayaq, kömək istəyir, malını bazara maneəsiz çıxartmaq istəyir, məmur özbaşınalığına son qoyulmasını, bu sahə ilə peşəkarların məşğul olmasını istəyir. İndi bildiniz tənbəl kimdir?!
Posted on: Fri, 05 Jul 2013 12:53:50 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015