Dayan.....Bir dəqiqəni alacağam sənin… Biraz sual verib - TopicsExpress



          

Dayan.....Bir dəqiqəni alacağam sənin… Biraz sual verib sonra susacağam. Deyirlər sən qəddarsanmış…… Nəfəsi tükənənə dək incidərsənmiş mavi sabahları…. Canını yandırarsanmış insanların…... Deyirlər ruhunu alarsanmış bədənlərindən, Mən insanlaramı sənəmi inanacağam??? Sən varkən insanın yanında, bəyaz göylərin bəyaz mələkləri toxunarmış yanaqlarına, Sən varkən şeirlər də sarılarmış yastıqlara, yorğanlara…. Ay tənha gecələrə həsrət sehirli pəriyə dönərmiş zərif kəpənəyin qanadlanda. Boylanarmış gümüşü pəncərələrdən Bir röyya olub sızarsanmış yuxularına... Sən bu qədərmi sehirlisən ??? Səni gördümü insan titrəyərmiş, Qorxarmış uşaq kimi yalnızlıqdan… Hey rəsimlər çəkərmiş qəlbinin uçuq sökük divarlarına. Sancılar girərmiş ürəyinə, bəzən tənha çaylar kimi qıvrılar, amma heç birşey deyə bilməzmiş yenə də… Sonra quruyarmış, göz yaşı içməkdən çartlayarmış dodaqları….. Tutularmış gözləri gecələr ağlamaqdan. Sən bu qədərmi güclüsən ??? Sən gələrkən İki nəfərlik yaşarmış həyatı insan… İki nəfər düşünər,iki nəfər yatar, İki nəfərlik keçərmiş keçilməsi mümkün olmayan incə körpülər üzərindən. Sən gələrkən İki nəfər böyüyüb, iki nəfərlik ölərmiş…. Bəs sən??? Sən neçə nəfərliksən??? Bəzən günah olub yandırarsanmış qaranlıqları…. Ümüdləri ovuclarında sıxıb əzər bəzən də amansızca oynayıb sonar küçəyə atarsanmış … Kimini də qəlbindən vurarsanmış bəzən..… Nəfəs ala bilməz, tanımaz olarmış insan özünü. Qəlbini sonsuzluğa buraxıb sonsuzadək tərk edərmiş sabahları. Yoxsa sən qatilsənmi???? Filmə bənzədiblər səni…. Hər rolu oynarsanmış…. Sənlə gülər sənlə ağlayarmış hərkəs. Heç boş qalmazmış oturacaqların… Sənin adın nədi????? günəşi sevməz, Gecələri ağladar, Ulduzları alarsanmış səmalardan….. Ürəkləri parçalayar Gözlərdə yağış olarsanmış….. Zülmət pərdə çəkərsənmiş günəşin üzünə Yoxsa sən gecəsənmi??? Bəzən gedərsənmiş səssizcə….. Yada içdən, ən darindən hıçqıraraq… Bükərək boyunları sənsiz buraxarsanmış. Heç gözlənməyən anda gelər, Alıb özünlə apararsanmış xəyalları Kaş mən də gəlsəm səninlə Senin evin haradır??7? Saatlardır soruşuram Susqunsan dəniz kimi Bir daşıb bir durulursan En usta rəssam belə adını boyaya bilmədi. Yoruldum anladılıb bilinməməndən….. Ne olar danış…… Sen kimsəəən??? ________________________________________
Posted on: Mon, 01 Jul 2013 03:58:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015