DÇ-2014-ə vəsiqə uğrunda pley-off mərhələsinin ilk - TopicsExpress



          

DÇ-2014-ə vəsiqə uğrunda pley-off mərhələsinin ilk oyunları çərçivəsində Xorvatiya millisinin İslandiya ilə qolsuz bərabərə qaldığı matçdan sonra şok iddia ortaya atılıb. İslandiya mətbuatının yaydığı xəbərə görə, aralarında Mario Mandzukiç, Dariyo Srna (Kapitan), Nikiça Yelaviç, Vedran Çorluka, Niko Krançar, Eduardo, Mateo Kovaçic və Domaqoy Vidanın olduğu xorvatiyalı futbolçular oyunun ardından oteldə 70 şüşə pivə içiblər. Sözügedən oyunçulardan Srna, Çorluka, Eduardo və Mandzukiç İslandiya matçında start heyətində yer almışdı. Krançar və Kovaçiç isə matça ehtiyat skamyada başlamışdı. Xorvatiya Futbol Federasiyasının hansısa bir sanksiya tətbiq edib-etməyəcəyi maraqla gözlənilir.
Posted on: Tue, 19 Nov 2013 11:13:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015