DÖVRİ VƏ STRUKTUR DƏYİŞİKLİKLƏR. RESTRUKTURLAŞMA 1. - TopicsExpress



          

DÖVRİ VƏ STRUKTUR DƏYİŞİKLİKLƏR. RESTRUKTURLAŞMA 1. Dövri dəyişikliklər 2. İşsizlik və onun növləri 3. Struktur dəyişikliklər və restrukturldaşma 1.Dövri dəyişiklər İqtisadi tarix onu göstərir ki, iqtisadiyyatın inkişafı heç vaxt hamar və bərabər keçmir. Bir neçə il canlanma və çiçəklənmədən sonra geriləmə, çaxnaşma yaxud iflas gəlir. İqtisadi hadisələrin bazar iqtisadiyyatı tərəfindən təkrara meyillidliyini iqtisadçılar hələ ötən əsrin ortalarında seçmişdilər. Öz istehsalını intəhasız genişləndirməyə, yeni-yeni bazarları fəth etməyə çalışan kapitalist müəssisələrinin sahibləri vaxtaşırı olaraq məhsulun artıq istehsalı ilə ilə üzləşirlər. Artıq istehsal – məhsul təklifinin onun tələbatını üstələməsidir, bu zaman məhsulun qiyməti elə aşağı səviyyəyə eyni ki, istehsalçıların hamısı üçün də olmasa, əksər hissəsinə nəinki iqtisadi, heç normal gəlir belə qalmır. Tələbatdan artıq məhsul istehsalının səbəblərini artırmağa cəhd edən iqtisadçılar vaxtaşırı baş verən qiymət artımı yaxud tələbatın azalması hallarına, istehsal həcminin artmasına və ya onun duyğunluğuna diqqət yetirmişlər. Bu halların bir-birini əvəz etməsi və onların müəyyən ardıcıllığı aşkar edilmişdir. İqtisadi dövriyənin obyektiv xarakter daşıdığını etiraf edərək, müasir iqtisadçıların əksəriyyəti bu halı dövriliyin xarakterinə, onun davamlılığına, ayrı-ayrı mərhələlərin yaranma xüsusiyyətinə təsir göstərən daxili və xarici amillərin təhlili vasitəsilə öyrənilməsini təklif edirlər. Xarici faktorlara iqtisadi sistemdən kənarda yerləşən iqtisadi hadisələrin vaxtaşırı təkrarlanmasına səbəb olan obyektiv və subyektiv cəhətləri aid etmək olar. Qeyri xarici faktorlar sırasına aşağıdakılar aid edilə bilər: - müharibələr, inqilablar və başqa siyasi sarsıntılar; - qızıl, uran, neft və digər qiymətli resursların iri yataqlarının kəşfi; - yeni ərazilərin istifadəyə verilməsi və bununla bağlı əhalinin miqrasiyası, Yer kürəsinin əhalisinin say dəyişikliyi; - texnologiyaların güclü irəliləyişin, ictimai istehsalın strukturu köklü surətdə dəyişməyə qadir olan kəşflər və innovasiyalar. Bütün bu faktorlar müəyyən vaxt keçdikcə iqtisadi aktivliyin həm yoxuşuna, həçm də enişinə səbəb ola bilərlər. Əgər hər hansı bir və ya bir neçə sahədə maşınlara və avadanlığa süni şəkildə kəsgin tələbat artımı başlayıbsa, onda mümkündür ki, bu hal 10-15 ildən sonra təkrar olacaq, bu müddət ərzində isə həmin maşın və avadanlıqlar tamamilə dağıdılacaqdır. Əsas kapitalın (daşınan və daşınmayan) fiziki xidmət müddəti bir çox iqtisadçılar tərəfindən iqtisadi dövriliyə səbəb olan ən vacib daxili faktorlardan biri kimi baxılır. Digər daxili faktorldara bunlar akid edilir: - şəxsi istehlak: bunun ixtisarı və ya artımı istehsalın və məşğulluğun həcminə təsir göstərir; - investisiya yatırımı, yəni istehsalın genişləndirilməsinə, onun modernləşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına vəsait qoyuluşu; - istehsala, tələbata və istehlaka birbaşa yaxud dolayı yolla təsir göstərməkdə özünü göstərən dövlətin iqtisadi siyasəti. Dövri mərhələlər. İqtisadi dövrün nisbətən parlaq xüsusiyyəti onun böhran mərhələsidir. İqtisadi böhran hər hansı bir məhsula və ya təsərrüfat sahəsinə olan tələbat və təklifin tarazlığının pozulmasından fərqlənir. İqtisadi böhranlar ümumi istehsal artıqlığı, yuxarıdan aşağıya bütün təsərrüfat sisteminin dərin sarsıntısı kimi yaranmışdır. İstehsal olunan bütün məhsulları maneəsiz olaraq özünə hopduran bazar hansı vaxtdasa dolub daşır; əmtəə mal daxil olmaqda davam edir, bu arada isə tələbat tədricən azalır, təklifdən geri qalır və, nəhayət tamamilə kəsilir. Həyəcan bütün bazara yayılır. Tələbat itir, lakin hər yerdə əmtəə malın nəhəng ehtiyatları durur və çoxlu müəssisələr hələ də tam gücü ilə işləməkdə davam edir və təvalətə görə bazarı yeni-yeni məhsul kütlələri ilə doldurur.Bunun ardınca qiymətlərin sürətlə aşağı düşməsi gəlir. Ən iri müəssisələr və fabriklər müflisləşirlər, maşınlar dayanır, küçələrdə işsizlər ordusu peyda olur. 1992-1993-cü illərin böhranı bir çox ölkələrin hökumətlərini milli iqtisadiyyatları iqtisadi uçurumdan çıxarmaq üçün tədbirlər görməyə məcbur etdi. Dövlət tədbirləri vasitəsilə böhranın aradan qaldırılmasına yönəlmiş nəhəng cəhdlər aşağıdakıları nəzərdə tuturdu: A) kredit sisteminin əmanətlərə dövlət zəmanəti verilməsi yolu ilə xilası; B) dolların ucuzlaşdırılması yolu ilə vergi yükünün 40% aşağı endirilməsi; C) kənd təsərrüfatı məhsullarına olan qiymətlərin artırılması; Ç) inhisarların yaranmasına (məcburi kartelləşməyə) kömək edilməsi; D) ictimai işlərin təşkili yolu ilə işsizliyə qarşı mübarizə aparılması; E) əmək haqqının tənzimlənməsi. Tənəzzül mərhələsi. Böhrandan sonra gələn bu mərhələ xeyli uzunmüddətli ola bilər. İstehsal səviyyəsi stabil qalır, lakin böhrandan qabaqkı vəziyyətə nisbətən çox aşağıdır. İşsizliyin həddi yüksəkdir. Qiymətlərin düşməsi dayanır, ssuda faizi azalır, əmtəə mal ehtiyatları sabitləşir. Sonrakı mərhələ - canlanmadır. Bu mərhələ azacıqda olsa istehsal səviyyəsinin artımı ilə müşaiyyət olunur; işsizlik bir qədər azalır. Qiymətlər və ssuda faizləri tədricən artmağa başlayır. Əmtəə mal bazarında yeni sənaye avadanlığına ehtiyac artır. Dirçəliş bəzən çaxnaşma xarakteri daşıyır. İstehsal səviyyəsi əvvəlki mərhələdə nail olunduğunu üstələyir. Qiymətlər qızğın surətlə qalxır. Əmək haqqının xeyli artımı ilə eyni vaxtda işsizlik minimum həddə kimi azalır. Elmi-texniki tərəqqinin inkişafını təyin edən sahələrin məhsullarına tələbat kəsgin surətdə artır. İnvestisiya qoyulmuş məhsulların istehsal miqyasının genişlənsəmi ilə əlaqədar xammal resurslarına tələbat xeyli çoxalır və onlara qiymətlər artır. Əsası canlanma mərhələsində qoyulmuş nisbətsizlik dirçəliş mərhələsində güclənir. İqtisadiyyat növbəti dövrəyə yaxınlaşır. 2.İşsizlik və onun növləri Yüksək işsizlik – həm iqtisadi, həm də sosial problemdir. İqtisadi problem ona görədir ki, o, qiymətli resursların məsrəfinə gətirir. Ona görə sosial problemdir ki, güc-bəla ilə özünü dolandırmağa çalışan işsizlərə olmazın əzablarını gətirir. İşsizlik qadınlara kişilərə nisbətən daha güclü zərbə endirir, ona görə ki, işləyən qadın əlavə müavinatlar alır. İşi itirmək – özünü təmin etməni itirmək deməkdir, bu isə uzunmüddətli planda peşə ixtisasının itirilməsinə gətirir. Belə vəziyyətdə ağır ev işləri və ailə büdcəsində xərclərin artması stress üçün əlavə amillərə çevrilirlər. İşsizlik sahəsində iqtisadi çatışmazlıqlar böyükdür, pakin sosial çatışmazlıqlar sadəcə olaraq nəhəngdirlər. Yüksək və sabit həddli məcburi işsizlik dövründə yaranan sosial-iqtisadi bəlaların miqyasını heç bir pul adekvat olaraq ifadə edə bilməz. İşin itirilməsi böyük şəxsi faciədir. Əmək resursları və işsizlik haqqında olan məlumatlar statistikada nisbətən diqqətlə və ətraflı işlənib toplanmış iqtisadi məlumatlar sırasına aid edilir.16 yaşından yuxarı bütün əhali dörd qrupa bölünür: 1) Məşğullar. Bunlara haqqı ödənilən hər hansı işi görənlər, və işi olub, xəstəliyə, tətilə və ya məzuniyyətə görə işləməyən adamlar aiddir. 2) İşsizlər. Bu qrupa işi olmayan, lakin aktiv şəkildə onu axtaranlar və ya əvvəlki iş yerinə qayıdacaqlarını gözləyən adamlar daxildir. 3) İqtisadi cəhətdən fəal olmayan əhali (işçi qüvvəsinə daxil edilməyənlər). Buraya yaşlı əhalinin 34% - başlıca olaraq təhsil alanlar, ev təsərrüfatı ilə məşğul olanlar, pensiyaçılar, xəstəliyinə görə işləyə bilməyənlər yaxud sadəcə olaraq işləmək istəməyənlər daxildirlər. 4) İqtisadi cəhətdən fəal əhali. Bu qrupa bütün işləyənlər yaxud iş tapa bilməyənlər aiddir. İşsizlik dərəcəsi – ümumi işçi qüvvəsinin işsizlərə bölünmüş sayıdır. Əmək bazarını öyrənərkən iqtisadçılar işsizliyin üç müxtəlif növünü ayırırlar: friksion (sürtünmə), struktur və dövri. Sürtünmə işsizliyi – insanların öz ömürləri boyu müxtəlif mərhələlərdə fasiləsiz olaraq bir sahədən başqa sahəyə, bir işdən başqa işə keçməsi nəticəsində yaranır. İqtisadiyyat tam məşğulluq vəziyyətində olsa belə, onda həmişə hər hansı bir hərəkət olmalıdır. Bu onunla bağlıdır ki, məsələn, ali məktəbləri bitirmiş şəxslər iş axtarışına başlayırlar, yaxud işçi qüvvəsinin tərkibinə uşağa qulluğa görə işini buraxmış qadınlar geri qayıdırlar. Struktur işsizlik - əməyə olan tələbat və onun təklifi strukturundakı uyğunsuzluq nəticəsində yaranır. Belə uyğunsuzluq ondan irəli gələ bilər ki, işçilərin bir növünə tələbat artır, digərinə azalır, təklif isə bu dəyişikliklərə tədricən uyğunlaşır. 1990-cı illərin ortalarından başlayaraq qadın məşğulluğu tempinin azaldığı qeydə alınır, lakin sabitlik görüntüsü heç də qadınlara qarşı ayrı-seçkiliyin azalması, yaxud əmək sahəsində onların mövqeinin möhkəmlənməsi ilə deyil, sahələrarası struktur irəliləyişinin nəticəsi kimi izah olunur. Bu irəliləyişin mahiyyəti onda idi ki, iqtisadiyyatda aparıcı rolu artıq kişilərin çoxluq təşkil etdiyi sənaye və aqrar istehsal sahələri deyil, ənənəvi olaraq qadınların məşğul olduqları infrastruktura və xidmət sahələri oynamağa başladı. Belə ki, 1980-ci illərin ortalarında ABŞ-da tibb bacılarının kəskin çatışmazlığı yarandı, səbəbi isə o idi ki, tibb bacılarının sayı ləng artır, əhalinin qocalmasına və başqa səbəblərə görə isə onların xidmətlərinə tələbat çoxalırdı. Bu struktur çatışmamazlığı o vaxtadək davam etdi ki, tibb bacılarının məvacibləri kəskin şəkildə artırıldı, onların təklifi isə dəyişməz qaldı. Əksinə, kömürçülərə olan ehtiyac bu sahədəki əməyin və kapitalın coğrafi səfərbərsizliyi ucbatından bir neçə onilliklər boyu azalırdı. Eyni hal 1990-cı illərin başlanğıcında müdafiə xərclərinin ixtisarı nəticəsində meydana çıxdı, bu isə o demək idi ki, hərbi sənaye kompleksinin minlərlə fəhləsi işlərini itirəcək, onların həmin sahədə yeni iş yerləri tapmaq ümidləri isə minimuma enəcəkdir. Dövri işsizlik – o zaman yer alır ki, əməyə ümumi tələbat aşağı düşür. Ümumi xərclər azaldıldıqda işsizlik də praktiki olaraq hər yerdə artır. Məşğulluq sahəsində 1990-cı illərdə baş vermiş proseslər nəticəsində iqtisadiyyatın rəsmi sahəsində iş yerləri kişilər üçün 10%, qadınlar üçün isə 20% ixtisara düşmüşdü. Elə bu dövrdə məşğul olanların ümumi sayında qadınların payı 50,6%-dən 47,6%-ə kimi enmişdi. Leqal iqtisadiyyat sahəsində qadınlar üçün iş yerlərinin əhəmiyyətli dərəcədə ixtisarı nəinki onların cəmiyyətdəki statusuna mənfi təsir göstərdi, eyni zamanda əmək bazarını və onun agentlərinin – işəgötürənlərin, işçilərin, işsizlərin əmək davranışını da deformasiyaya uğratdı. Əksər bazarlarda işsizliyin eyni vaxtda artması onu göstərdi ki, işsizliyin artımı əsasən dövri xarakter daşıyırdı. Dövri və digər növlü işsizlik arasında fərqlərin qoyulması iqtisadiyyatda əmək bazarının ümumi vəziyyətinə diaqnoz qoymağa imkan verir. Sürtünmə və struktur işsizliyin yüksək səviyyəyə çatması hətta o vaxt yer ala bilər ki, bu vaxt bazar tarazlıq vəziyyətində olsun, məsələn, kadrların böyük axıcılığı və ya iri regional nisbətsizliyi dövründə. Dövrü işsizlik geriləmə zamanı, ümumi tələbat və təklif arasında tarazlıq pozulanda əmələ gəlir. 2. Struktur dəyişikliklər və restrukturlaşma Məşğulluğun sahə strukturunda baş verən dəyişikliklərin qender xüsusiyyətlərini üzə çıxarmaq üçün bu halı, şərti olaraq kəmiyyət və keyfiyyət aspektlərinə bölməklə, iki tərəfdən təhlil edək. Birincisi, məşğul olanların sayının sahələrarası dəyişikliklərini kəmiyyət baxımından təhlili göstərir ki, işləyənlərin sayının azalması kimi bütün iqtisadiyyat üçün ümumi sayılan meyllər fonunda iqtisadiyyatın ayrı-ayrı sahələrində kadr proseslərinin dəyişkənlik xarakteri eyni olmamışdır. Məşğulluğun azaldığı sahələrlə yanaşı (sənaye, elm, tikinti) , 90-cı illərdə onun artdığı sahələr də (maliyyə, idarəçilik, ticarət) də var idi. İki sahə – sənaye və ticarət – diqqəti daha çox cəlb edir, belə ki, onlardakı məşğulluq dəyişikliyi nəinki kütləvi, həm də çoxsahəli xarakter daşıyırdı. Sənaye elə sahə idi ki, orada məşğulluq daha iri miqyaslarda ixtisara düşürdü (qadın iş yerləri kişi iş yerlərinə nisbətən daha çox azalırdı), ticarətdə isə kişi və qadın iş yerlərinin kütləvi artımı baş verirdi. Hər iki halda qender assimmetriyası, dəyişikliyin qadınların ziyanına olduğu özünü göstərirdi, əməyin bu sahələrdə qender tədqiqi bir də ona görə maraqlıdır ki, 1990-cı ildə ümumi işçi yerlərinin çoxu sənayedə idi və burada bütün işləyən qadınların 28,6%, kişilərin isə hər üçdən biri məşğul idi. 1999-cu ildə qadın əməyinin cəmləşməsinə görə (8%-ə kimi) ticarət birinci yerə çıxdı. Hazırda isə kişilərin də hər 10-dan biri (10,7%) ticarət sahəsində məşğuldur (1994-cu ildə bu rəqəm 3,2% idi). İqtisadiyyat sahəsində məşğulluq həddinin dəyişməsinə qender tədqiqatı baxımından yanaşsaq əgər, onda burada kişi və qadınların məşğulluğu meyillərindən asılı olaraq iqtisadiyyat sahələrini 4 qrupu bölmək olar: 1. Kişilərin və qadınların sayı azalan sahələr (sənaye, tikinti, nəqliyyat, elm və elmi xidmət). 2. Hər iki cinsdən olanları sayca artdığı sahələr (ticarət, idarəçilik, maliyyə və kredit, tibb). 3. Məşğul olan kişilərin sayının artdığı, qadınlarınsa azaldığı sahələr (kənd təsərrüfatı, mədəniyyət və incəsənət, mənzil-kommunal təsərrüfatı və rabitə). 4. Əks tendensiyalı, yəni kişilərin sayının azaldığı, qadınlarınsa artdığı sahələr (təhsil). Mənzil-kommunal xidməti, rabitə, kənd təsərrüfatı və mədəniyyət sahələrinə gəldikdə demək olar ki, burada qadınların «sıxışdırılması», iş yerlərinin kişilər tərəfindən tutulması meylləri nəzərə çarpır. Qadın məşğulluğunun artdığı və kişi məşğulluğunun azaldığı sahələr (təhsil) haqqında danışmaq tezdir, belə ki, buradakı dəyişiklik olduqca cüzidir. Bu sahələrə qadın axını yalnız onunla izah olunur ki, burada sənaye sahələrinə nisbətən əmək haqqı ən aşağıdır və bu kişiləri cəlb etmir. Sahə strukturlarında keyfiyyət dəyişikliklərini qender analizindən keçirsək, bu struktur sahələrini məşğulluq və cinsi mənsubiyyət baxımından üç qrupa bölmək olar. «Kişi» və ya «qadın» sahələrinə – bu sahələrdə hansı cinsdən olan işçillərin üçdə ikisi qədər çox çalışdığı əsas götürülür. Üçüncü qrupa «qarışıq» sahələr aid edilir ki, bunlarda hər cinsdən olanların sayı 35-65% həddində durur. Bu qruplaşdırmağa uyğun olaraq 1990-cı ildə iqtisadiyyatın 14 sahəsindən 7-si «qadın» sahələri adlandırıla bilərdi: maliyyə, tibb, təhsil, ticarət, rabitə, mədəniyyət və idarəçilik. «Kişi» sahələrinə meşə təsərrüfatı, nəqliyyat və tikinti aid olardı. Cinsə görə məşğulluğun nisbətən tarazlı və yaxud «qarışıq» sahələri bunlar təşkil edərdi: sənaye, kənd təsərrüfatı, elm, mənzil-kommunal təsərrüfatı. Qender tədqiqatları göstərir ki, 1990-1998-ci illərdə sahə strukturlarında keyfiyyət dəyişikliyinin nəticəsi bu olmuşdur: 14 sahənin 11-də qadınların məşğulluq sayı azalmışdır, o cümlədən bütün «qadın» sahələrində (təhsildən başqa), bütün «qarışıq» sahələrdə və üç «kişi» sahəsinin birində (tikinti). Qadın məşğulluğunun xeyli azalması həmçinin idarəçilik, maliyyə, rabitə və ticarət sahələrində də baş vermişdir. Məşğulluqda 1998-ci ildə baş vermi sahələrarası dəyişiklik nəticəsində iqtisadiyyatın «qadın» sahələrinin sayı azalmış, «kişi» sahələrinin sayı isə kənd təsərrüfatı sahəsi hesabına artmışdır. Bu sahə dəyişikliklərini proqressiv saymaq olarmı? Bəlkə də, olar. Axı əgər 90-cı illərin əvvəllərində əmək məşğulluğu strukturunu «sənaye» kimi xarakterizə etmək olardısa, indi bazar infrastrukturunun və xidmət sahələrinin qabaqlayıcı templə inkişafı dövründə bu «postsənaye cəmiyyət» məşğulluğu anlayışına daha uyğundur. Ənənəvi olaraq məşğulluqda qadınların üstünlük təşkil etdikləri infrastruktur və xidmət sahələrinin sürətlə inkişafı əmək bazarında onların mövqelərinin bir qədər stabilləşməsinə kömək etdi. Lakin defisit fəhlə yerləri uğrunda mübarizədə qadınlar çox vaxt uduzurdular. Beləliklə də, məşğulluğun sahə strukturlarındakı yeniləşmənin «qiyməti» açıqca olaraq qender aspekti daşıyırdı. İşə götürmədə və işdən çıxarılmada ayrı-seçkilik xarakterinin saxlanmasını onda görmək olardı ki, struktur dəyişikliyi ilə əlaqədar qadınların işitirmə və yeni iş yeri tapmamaq şansı yüksək qalırdı, yəni, əvvəlki kimi, onları işdən birinci çıxarır, işə axırıncı götürürdülər. İqtisadi restrukturlaşma struktur dəyişikliklərinin həm əlaməti, həm də nəticəsidir. Onlar tək bir ölkədə və ya ölkələr arasında gəlir artımının böhranına və rəqabətin güclənməsinə səbəb olan qüvvələri azad edirlər. Struktur dəyişiklikləri həyata keçirilməsi iqtisadi və sosial proseslərin faktiki olaraq gündəlik yenidən təşkilini tələb edir. Məsələn, yenidən struktur dəyişikliyi özünü fəhlə iş yerlərinin xeyli ixtisar olunmasında, istehsalı azaltmaq məqsədilə fəhlələrin əməyinin daha ucuz başa gəldiyi və vergi rejiminin daha yumşaq olduğu yerlərə keçirilməsində göstərə bilər. Yenidən struktur dəyişikliyi həm istehsal, həm də təkrar istehsal sahələrində yer alır. Restrukturlaşma həm də gəlirlərə və məşğulluğa münasibətdə qadınların bərabərsizliyini gücləndirir və dərinləşdirir, belə ki, əmək bazarında qadın iş yerlərinin sabitsizliyini saxlayır. Yenidən struktur dəyişiklikləri, sosial qrup kimi, qadın maraqlarının sinfi parçalanmasının güclənməsinə səbəb olur və hələ ki ictimai istifadədə qalmış nazik «kökə tikələri» uğrunda mübarizə aparmaq məcburiyyətində olan irqi qruplar arasındakı münasibətləri gərginləşdirir.
Posted on: Thu, 19 Sep 2013 17:37:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015