DÜNYAYA İZ SALAN TÜRKLӘR. Bu proqramda sizə dünya - TopicsExpress



          

DÜNYAYA İZ SALAN TÜRKLӘR. Bu proqramda sizə dünya Türkləri arasında bir çox ilklərə imza atan, xəritə nümunələri yaradan, lüqət və qrammatika sahəsində xüsusi elmi payı olan Mahmud Qaşqarlı haqqında danışacağıq. “Dünyada iz buraxan Türklər” proqramında sizə dünya Türkləri arasında bir çox ilklərə imza atan, xəritə nümunələri yaradan, lüqət və qrammatika sahəsində xüsusi elmi payı olan Mahmud Qaşqarlı haqqında danışacağıq. Mahmud Qaşgarlı, ilk Türk lüğətinin tərtibçisi, ilk Türk etimoloqu, ilk Türk dilçisi, ilk Türk folklorşünası və ilk Türk xəritə tərtibçisi adlarının sahibidir. Onun doğum tarixi ilə bağlı dəqiq məlumat yoxdur, amma 1025-ci ildə anadan olduğu təxmin edilir. Qaraxanlı xanədanı soyundan gəldiyi bilinən Mahmud Qaşqarlının soy kötüyü İslam dinini qəbul etmiş ilk Türk xaqanı Satuk Buğra Xana gedib çıxır. Mahmud Qaşqarlı dünyada “Divani-Lüğəti’-Türk” əsəri ilə şöhrət qazanıb. Türk dili, qrammatika və ləhcələrini öyrənmək baxımından bu əsər dünyanın ən zəngin və ən önəmli elmi işlərindən biri sayılır. Mahmud Qaşqarlı “Divani-Türk”ü Türklərin yaşadığı bölgələri addım-addım gəzməklə, dil və ləhcələrini incələməklə ortaya qoyaraq möhtəşəm bir əsər yaradıb. Qaşqarlının bu çalışmaları Türkcəni rəsmi dil olaraq istifadə edən Qaraxanlı dövləti tərəfindən də dəstəklənib. Bu həm Mahmud Qaşqarlının dövlət səviyyəsində yüksək etibarını, həm də Qaraxanlı dövlətinin elmə və araşdırmaçılığa verdiyi önəm və diqqəti göstərir. Mahmud Qaşqarlı Şərqi Türküstanda, yəni indiki Orta Asiyanın şərqində olan Qaşqar şəhərində doğulub, boya başa çatıb və burda təhsil alıb. Ana dili Türkcədir, eyni zamanda, Mahmud Qaşqarlı dövrünün əsas dillərindən olan ərəb və farscanı da çox gözəl bilib. Bu, onun ərəb dilində yazdığı əsərlərindən və farsca ilə bağlı ifadələrindən anlaşılır. Mahmud Qaşqarlı əsərlərini qələmə almaq üçün bir müddət Türklərin idarəsində olan Bağdatda yaşayıb. Araşdırmalarını bitirdikdən sonra yenidən ana yurdu Qaşqara qayıdıb, orda yaşayıb və vəfat edib. Mahmud Qaşgarlının şah əsəri sayılan “Divani-Lügəti’t-Türk”ün önəmli özəllikləri sırasında kitabın ilk səfifələrində yer alan xəritədir, bir Türkün cızdığı ilk dünya xəritəsi. Türk və dünya xəritəçilik tarixində xüsusi bir yeri olan bu xəritə əslində Türk topluluqlarının yaşadığı bölgələri göstərmək məqsədilə çəkilmişdi. Amma Mahmud Qaşqarlı təkcə Türklərlə kifayətlənməmiş, digər millətlərin də yaşadığı bölgələri də əhatə edərək bir dünya xəritəsi yaratmışdır. 11-ci əsrin şərtləri və o dövrün coğrafiya məlumat və texnikasını nəzərə alsaq, bu, çox yüksək səviyyədə işlənmiş bir xəritə sayılır. Mahmud Qaşgarlının ortaya çıxardığı bu xəritə çalışması yer üzünü hələ o dövrdə kürəvari təsvir edən bir dünya xəritəsidir. Çevrəsində saat istiqamətində cənub, qərb, şimal və şərq tərəfləri ərəbcə yazılıb. Alim rəngləndirmələrin də anlamını dairə kənarında açıqlayıb: yaşıl dənizləri, boz gölləri, qırmızı dağları və sarı düzənlik və çölləri göstərir. İçi sarı rəngli kiçik dairələrdə isə şəhər və bölgələr işarələnib. Bu günkülərdən fərqli olaraq Mahmud Qaşgarlının yaratdığı xəritədə istiqamət günəşin doğduğu tərəfi göstərən Şərqdir. Bu seçim Türk inanclarından Göytürklərdən qaynaqlanır. Qaraxanlı dövlətinin paytaxtı Balasaqun isə xəritənin mərkəzidir. Xəritə üzərində ən ciddi araşdırma alman alimi Albert Herrmann tərəfindən edilib. Herrmann ordakı 76 yer adını nömrələyərək onları eyni şəkildə yeni xəritənin üzərinə alman dilindəki qarşılığı ilə köçürüb. Mahmud Qaşqarlının dünya xəritəsində üzə çıxardığı diğər mühüm iş də ilk dəfə olaraq Japoniyanı göstərməsi olub. Xəritədəki istiqamətlərə görə şərqdə - Çinin şimal-şərqində Cabanka adı ilə ada şəklində təsvir edilən yer Yaponiyadır. Bunu da nəzərə çatdıraq ki, Japoniyanın öz xəritəsi ilk dəfə 14-cü əsrdə işlənib, dünya xəritəsində isə 15-ci əsrdə yer alıb. Amma Mahmud Qaşgarlı hələ 11-ci əsrdə xəritədə ilk dəfə olaraq Yaponiyanın yerini göstərib. Mahmud Qaşgarlının dünya xəritəsi Çindən Bizans sərhədlərinə, Balasaqundan Bağdada qədər geniş bir bölgəni əhatə edir. Professor doktor Fikrət Sarıcaoğluna görə Mahmud Qaşgarlının xəritəsində Şərq bölgələri və Türklərin məskunlaşdığı coğrafyalar haqqında verilən məlumatlar öz təsdiqini tapıb. Bu baxımdan xəritə 11-ci əsrdə Türk boy və ölkələri və qədim Türklərin dünya təsəvvürlərini öyrənmək baxımından da xüsusi əhəmiyyət daşıyır. Mahmud Qaşgarlının elmə bu töhfəsi dünya xəritəçilik sahəsində və İslam aləmində Türk coğrafi baxışını ən gözəl şəkildə əks etdirən bir xəritədir.
Posted on: Sun, 26 Jan 2014 10:40:49 +0000

Recently Viewed Topics




© 2015