Dərd çəkməkdə ad çıxartdıq Taleyindən şikayət - TopicsExpress



          

Dərd çəkməkdə ad çıxartdıq Taleyindən şikayət eləyənin həyatından ikinci şeir Qara yazılar bizimdi, Başqasına yazan olmaz. Yer üzündəki dərdlərə Bizim kimi dözən olmaz. Bizi nişangah qoyublar, Hərə bir yerdən oxlayın. Canımız sınaq meydanı Hər dərdi bizdə yoxlayın. Dərdlər bizdə çiçək açdı, Aralığa şad çıxartdıq. Adımız yox,heç bir yerdə, Dərd çəkməkdə ad çıxartdıq. Dağlara həsrət qalsaq da Tale çəkir dağı bizə. Min bayatı deyən ola, Yenə çatmaz ağı bizə. Dörd yanımız dərd yığını, Başa dəyir,dizi tapır. Hansı xarabada olsaq Kədər gəlib bizi tapır.
Posted on: Fri, 28 Jun 2013 11:16:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015