"Dərman vasitələri haqqında" Azərbaycan Respublikası - TopicsExpress



          

"Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 1.1. qüvvədə olan qanunvericilik aktlarının "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. həmin qanunun 6.8-ci maddəsində nəzərdə tutulmuş dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.5. həmin qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş hazırlanması, keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin araşdırılması məqsədi ilə dərman vasitələrinin elmi tədqiqat müəssisələri tərəfindən Azərbaycan Respublikasına idxalı qaydası və idxalına yol verilən miqdarı müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.6. həmin qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini və 8-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.7. həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.8. öz səlahiyyətləri daxilində "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin. 2. Müəyyən edilsin ki: 2.1. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 6.8-ci maddəsində, 9.2-ci maddəsinin birinci cümləsində, 9.3-cü və 9.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, o cümlədən həmin qanunun 3.0.6-cı maddəsində (müvafiq qaydanın müəyyən edilməsi hissəsində) nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 2.2. həmin qanunun 4.2-ci, 4.3-cü, 4.4-cü, 6.1-ci, 6.5.4-cü maddələrində, 7.1.-ci maddəsində, 9.2-ci maddəsinin ikinci cümləsində, 10.2-ci, 11.2-ci, 12.1-ci, 13.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, o cümlədən həmin qanunun 3.0.2-ci, 3.0.3-cü, 3.0.5-ci maddələrində, 3.0.6-cı maddəsində (qanunvericiliklə müəyyən edilmiş şəxslərin ayrı-ayrı kateqoriyalarına pulsuz və ya güzəştli dərman yardımının göstərilməsinin təşkili üzrə), 3.0.7-ci-3.0.10-cu maddələrində nəzərdə tutulmuş səlahiyyətləri öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir; 2.3.həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşma,Metroloqiya və Patent üzrə Dövlət Aqentliyi öz səlahiyyətləri daxilində keçirirlər. 3. "Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli 540 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N3, maddə 229; 2003-cü il, N10, maddə 571) qüvvədən düşmüş hesab edilsin. 4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 6 fevral 2007-ci il.
Posted on: Thu, 27 Jun 2013 05:44:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015