Gün gələcək sənin həyatında yeni bir qız olacaq. - TopicsExpress



          

Gün gələcək sənin həyatında yeni bir qız olacaq. Sənin sevdiyin bir qız. Bir gün oturacaqsız, ordan burdan danışacaqsız və birdən qız səndən soruşacaq. Keçmişin haqda soruşacaq. Ondan əvvəlki haqqında soruşacaq. Bəs sən nə cavab verəcəksən? Yadına düşəcək ötən günlər və üzündə bir təbəssüm yaranacaq.... və birdən deyəcəksən “o əvəz olunmaz idi... O fərqli idi. Hər gün yox hər an dəyişə bilirdi. 5 dəqiqə gülürdüsə, 5 dəqiqədən sonra dava salar və inciyərdi, ağlayardı. Sonra yenidən gülməyə məni qıcıqlandırmağa başlayardı. O güldürməyi bacarırdı... Desəm bu işi gör, elə hey deyinərdi amma sonunda edərdi... Qəlbimi qırardı amma qırdıqdan sonra da könlümü almaq üçün min dona girərdi. Bəzən çox sakit olardı, sakitliyi ilə cəzalandırardı, bəzən isə çox danışardı. Elə hey danışardı, nə danışdığı maraqlı deyildi, sadəcə danışanda gözlərinin parıldaması, həvəslə danışması maraqlı idi. Bəzən dəcəllik edərdi, bəzənsə səsini olmadıq atardı başına, qışqırardı bağırardı sonunda yenə sakitləşərdi. Yüz dəfə bəlkə mənə əlvida deyərdi və sonra barışmaq üçün min yol axtarardı və barışardıda. O dəli idi. Hədsiz qısqanc idi, hər şeyə hər kəsə qısqanardı. Ən əsası o sevməyi bacarırdı. Heç kəsin heç vaxt sevə bilməyəcəyi qədər sevirdi. ” Onda sevgilin səndən soruşacaq: - Əgər səni bu qədər sevirdisə, onda niyə ayrıldız?! Sənsə biraz düşünüb cavab verəcəksən: - O sadəcə bir nağıl idi. HeSeN
Posted on: Sat, 29 Jun 2013 21:50:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015