H.O.S.T (Hava Od Su Torpaq) – Qrupun yaranma tarixinə qədər - TopicsExpress



          

H.O.S.T (Hava Od Su Torpaq) – Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rap fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. 2005-2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rap yazan Qaraqan və Jamal Ali`yə Felon De Jure, Feck, ErranT da qoşulub. Clan`ın "Sənsiz (Love Story)" hiti də məhz o dövrdə yazılır. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rap Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan`la da bir sıra treklər yazdırır. 2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız rap`i yox bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H.O.S.T Alliance adlandırır. Bu birliyə elə həmin dost əhatəsində olan Dərviş və AiD də daxil olur. Onsuz da planlaşdırılan treklərin hazırlanma prosesi başlanır. "Həyatım Əllərimdə" və "How We Rappin`" sinqllarından sonra Alliance albom yazılışılarına başlayır. Əvvəlcə "Propoqanda" trekiylə eyni adlandırılmaq istənən albom bir sıra müzakirədən sonra öz üz səhifəsində bu yazını tapır – "Proloq".
Posted on: Tue, 06 Aug 2013 10:21:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015