Həyatı sənət kimi yaşayın, eləcə keçib getməyin - TopicsExpress



          

Həyatı sənət kimi yaşayın, eləcə keçib getməyin həyatdan. İncəliklə yazılmış bir şeir kimi yaşayın! Gözəl boyanmış bir şəkil kimi rəngləndirin həyatınızı, Öz həyatınızın rəssamı olun! Fırçanızı başqalarının əllərinə buraxmayın, zaman-zaman paylaşın yalnız, Nə çəkmək istəsəniz onu çəkin şəklinizə! ***** Fikir verməyin başqalarının nə dediyinə. Qorxmayın unudulmaqdan, mühakimə olunmaqdan, tənqid olunmaqdan, Bunlar həmişə olacaq, hər başdan bir səs çıxacaq, fikir verməyin! Unutmayın, necə ki insanlarda ürək sayı qədər fərqli sevgi varsa, baş sayı qədər fərqli düşüncə də vardır. Anlayışlı və soyuqqanlı olub yolunuza davam edin. Xoş bir melodiya kimi yaşayın həyatınızı, Öz bəstəniz olsun, rəngarəng! Kiçik bir uşaq kimi yaşayın həyatınızı, Bir də onun gözlərindən görün! ***** Ən sevdiyiniz oyuncağınız olsun həyat. İçinizi çəkə-çəkə ağlayın, biri əlinizdən çəkib apardığı zaman! Günahsızca nağıllar olsun həyatınızda, mərhəmətsiz gerçəklərdən əvvəl, Nağılların gözəl dünyasına, möcüzələr ölkəsinə olsun gözünüzün ilk açılışı. Heç olmasa uşaqkən ürəyinizi qarartmayın... Oyun oynamaq olsun tək dərdiniz. Həyatı yaşayın! Dediyim kimi, ömür boyu xoşbəxtlik deyə bir şey ancaq nağıllarda olar. Gerçək dünyada yoxdur belə bir şey, boşuna axtarımayın, tapa bilməzsiniz. Siz yalnız sevin, Ön mühakiməsiz, günahlandırmadan, qorxmadan, içinizdən gəldiyi kimi, bütün ürəyinizlə sevin! Siz yalnız sevin, Bir çox insanın sevə bilmədiyi kimi sevin! ***** Doğularkən uzun kimi sanılan həyatın əslində nə qədər qısa olduğunu heç düşünmədən yaşamırıqmı? Bax, ondandır bütün yanılmaqlarımız... Eşqdə, dostluqda, qardaşlıqda Həmişə bu üzdəndir bir-birimizlə dalaşmağımız... Hamımız sevgini axtarırıq əslində Və taparıq da Amma əlimizdə tutmaq üçün heç bir şey etmirik. Halbuki sevmək bir çox şeyi gözə almaqdır Bəlkə də hər şeyi...
Posted on: Sat, 01 Mar 2014 07:17:22 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015