KAKA HAQQİNDA MELUMAT UŞAQLIQ DÖVRÜ Bu istedadlı gəncin - TopicsExpress



          

KAKA HAQQİNDA MELUMAT UŞAQLIQ DÖVRÜ Bu istedadlı gəncin ləqəbinin müəllifi onun kiçik qardaşı Diyeqo olmuşdur. Diyeqo böyük qardaşı Rikardonun adını tam təlləffüz edə bilmirdi və onu “Sasa” adlandırırdı. Bundan sonra valideyin və qohumları Rikardonu bu adla çagırmaga başladılar.Uşaq yaşlarında Kaka öz həmyaşıdlarından boyda balaca və inkşafda geri qalırdı. Xüsusi pəhriz,məşq və səbr nəticəsində o, inkşafda həmyaşıdlarına çatıb, hətta onları geridə qoymuşdu. Bu vaxt gənc futbolçu həyatında ilk mükafatını qazandı. Onun komandası məktəblərarası keçirilən futbol turnirinin finalında məglub olsa da, Kaka turnirin ən yaxşı oyunçusu adına layiq görüldü.12 yaşında Kaka məktəb komandası ilə “Reebok” kubokunu qazanır və həmin il San- Paulu şəhərinin gənclərdən ibarət komandasına dəvət olunur. Məhz bu komanda sayəsində futbolçunun üzünə Avropa futboluna yollar açılır. Rikardo Kaka dindar ailədə böyüyüb. Qəlbən Tanrıya baglı olan futbolçunun “Jesus”yazısı olan bir neçə bilərziyi var. Kakanın xahişilə “Adidas” firması futbolçu üçün xüsusi buts hazırlamışdır. Butsun üzərində Kakanın adı ilə yanaşı “Allah bagışlayandır” sözləri yazılıb. Həyatının çətin anlarında Kaka özünə həmişə bu sualı verir: “İsa Peygəmbər mənim yerimə olsaydı, nə edərtdi?”. 2000-ci ildə baş verən hadisə hələ də heç kimin yaddaşından silinməyib. Kaka ailəsi ilə birlikdə istirahət etmək üçün akvaparka getmişdi. Futbolçu ən böyük təpəcikdən suya sürüşmək qərarına gəlmişdi. Lakin o, sürüşən zaman suya düşmək əvəzinə hovuzun divarına çırpılmışdı.Həmən vaxt Rikardo özünü heç nə olmamış kimi aparmış və ətrafdakılar bu hadisəni ciidiyə almamışdılar. Səhəri gün məşqə gələn Kaka dəhşətli agrı hiss edib huşunu itirmişdi. Onu təcili xəstəxanaya aparmışdılar. Müayinədən sonra futbolçuya onurga sümüyünün zədələnməsi və beyinin əzilməsi diaqnozu qoyulmuşdu. Hamı şok olmuşdu. Cavan oyunçunun futbol meydançasına qayıtması və hətta ayaga qalxması möcüzə hesab olunurdu. Bu zaman kəsiyi futbolçunun həyatında ən qorxulu və vahiməli dövr hesab edilir. O, iki ay yataq xəstəsi olmuşdu. Futbolçunun özünə inamı və Allaha olan sevgisi onun sagalmasında böyük rol oynamışdı. Kaka hər gün Allaha dua edirdi. O,iflic vəziyyətində qalmamagını Tanrıdan diləyirdi. Bir müddət sonra hər şey qaydasına düşdü və Kaka sagaldı. Həkimlər bu hadisəni möcuzə adlandırmışdılar. Bu günə qədər hər dəfə qol vuranda Kaka əllərini səmaya tərəf qaldırıb, onu futbolda saxladıgı üçün Tanrıya təşəkkür edir. Ardi commente... _Cr7_
Posted on: Tue, 02 Jul 2013 12:18:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015