Maraqlı Yəqin ki, hər biriniz boş-bekar oturub, - TopicsExpress



          

Maraqlı Yəqin ki, hər biriniz boş-bekar oturub, darıxdığımız zaman, telefonla danışdığınız və yaxud da kiminləsə söhbət etdiyiniz vaxt kağız üzərində cızma-qaralar çəkmisiniz. İlk baxışdan bu şəkillər mənasız görünə bilər. Amma əslində onlar sizin xasiyyətinizdən, əhval-ruhiyyənizdən xəbər verir: 1. Spiral (vintəoxşar xətt , buruq), dalğalı xətlər- Başqalarının dərdini dinləməyi xoşlamırsan , bəzən isə ümumiyyətlə ,heç kimin problemi səni maraqlandırmır . Əsəbi və böhranlı vaxtlarında özünə nəzarət etməyi unutma . çünki özün də bilmədən yaxınlarını təhqir edib , incidə bilərsən. 2. Güllər , günəş , hörük şəkilli naxışlar- Şən və gülərüz görünməyə çalışırsan . Amma əslində əhvalın göründüyü kimi yaxşı deyil . Sənin həyatında ən çox arzuladığın dostluq və özünə qarşı mehriban münasibətdir . İnsanlardan çəkinmə . çalış ki , dostlarının əhatəsində daha çox vaxt keçirəsən. 3. Torlu şəkillər- özünü insanlar arasında təhlükədə və narahat hiss edirsən ,çox vaxt incidiyini bildirməməyə çalışırsan . Sənin haqqında deyilən sözlərdən incisən də , anlamağa , qəbul etməyə meyl göstərirsən. 4. Bir-birinə keçirilən ürəklər- Sənin ürəyin gözəl hisslərlə doludur , səndə bütün dünyaya yetəcək qədər sevgi var . Amma nədənsə bunu gizlədirsən , bu qədər soyuq və laqeyd görünməyə çalışma. 5. Xaç , çarpaz xətlər- Belə şəkillər günahkarlıq hissini əks etdirir . Nədənsə , özünü yaman günahkar hiss edirsən . Bu da səni çox narahat edir . 6. Müxtəlif adam şəkilləri- Belə şəkillər sənin köməksiz olduğundan xəbər verir , özünü köməksiz ,aciz hiss edirsən . Buna görə də , bəzən məsuliyyətli işlərdən mümkün qədər qaçmağa , uzaqlaşmağa çalışırsan . 7. Kvadratlar , üçbucaqlar və başqa həndəsi fiqurlar- Səni aldatmaq çətindir , çünki nə istədiyini və nə vəd etdiyini çox yaxşı bilirsən . Heç kimdən fikirlərini gizlətmirsən , tədbirli insansan . 8. Arı şanına bənzər şəkillər- Deməli , sakitliyi çox xoşlayırsan , bütün işlərini qaydasında görmək , günlərini isə macərasız keçirməyi arzulayırsan . Ailənlə və tanışlarınla olmaqdan zövq alırsan . 9. Şahmat lövhəsinə oxşar şəkillər , ağ-qara damalar - Bu şəkillər çətin və xoşagəlməz vəziyyətdə olduğunu göstərir . Bundan da çox narahatsan . Əgər belə hallar səndə tez-tez təkrar olunursa , özünə qarşı bir az diqqətli ol . Bəlkə səndə gizli , özünə də məlum olmayan komplekslərin var . 10. Hörülən , bir-birinə keçirilən halqalar (dairələr) – Baş verən hadisələrdən kənarda qalmağı xoşlamırsan , özünü hadisələrin xaricində yox , mütləq daxilində , ən maraqlı hissəsində görmək istəyirsən . 11. Arı şanına bənzər şəkillər- Deməli , sakitliyi çox xoşlayırsan , bütün işlərini qaydasında görmək , günlərini isə macərasız keçirməyi arzulayırsan . Ailənlə və tanışlarınla olmaqdan zövq alırsan P.S bu movzu ila bagli fikirlariniz bilmak maraqli olardi eyni zamanda isa bu sadalanaq variant;lar arasinda en cox diqqat yetirdiyiniz hansi olub...?!
Posted on: Sat, 10 Aug 2013 19:15:45 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015