Mehriban düşmən Bir neçə gün öncə adı ictitimaiyyyətə - TopicsExpress



          

Mehriban düşmən Bir neçə gün öncə adı ictitimaiyyyətə elə də məlum olmayan DADP Mehriban Əliyevanın namizədliyini irəli sürdü. Xəbər mətbuatda, müxalif funksionerlər arasında ajiotaj yaratdı. Mövzu ətrafında müzakirələr isə hələ də gedir. Kimlər sevindi, kimlər hirsləndi. Həqiqətdə isə hakimiyyət bu xəbərlə cəmiyyətin nəbzini yoxladı. Belə götürəndə hakimiyyətyönlü DADP rəsmən İlham Əliyevin namizədliyini elan etmiş YAP-a niyə kəllə atsınki? İlk baxışdan elə görünütü yaranır ki, hakimiyyət parçalanır. Hakimiyyət mafiyadır. Mafiya rəhbərliyi ailədən birinin əlində olana qədər mafiya yaşayır. Parçalanma təhlükəsi o zaman real ola bilərdi ki, namizəd ailədən kənar şəxs ola. Müxalifətin mövzu ətrafında müzakirələrinə gəldikdə: Ehtimalın müzakirəsi belə zərərdən başqa heç nə gətirməz. Xəbərin yayıldığı gün elə təəssürat yarandı ki, müxalifət Milli Şuranı unudub Mehriban Əliyevanın namizədliyi irəli sürəcək. Hakimiyyət daxilində neçə namizəd olur-olsun yaradacağı parçalanma effekti sizin iştirakınız olmadan baş tutacaq. Mafiya bir ailədən digərinə keçsə belə hakimiyyət mafiya rejimində davam edəcək. Kənardan baxıb ağıllı politoloji şərhlər verənlərə isə tamaşa etmək qalacaq. Seçkiyə 3 ay qalmış buraxın bu söhbətin başını. Mehriban Əliyevanın namizəd olmasına sevinənlərə: Bugünün optimizmi sabahın faciəsinə çevrilə bilər. Azərbaycanda qadının prezident olma ehtimalını qorxulu yuxuda belə görmək istəmərəm. İsa peyğəmbər zamanından günümüzədək dövlət başçısı olmuş qadınları araşdırın. Hansı ölkədəki tiranlıq qaydaları hökm sürüb orda kişilərin edə bilmədiyi qəddarlığı qadınlar edib. Ağlınız Merkelə getməsin. Nudist fotolarını mətbuatda çap edib adını söz azadlığı qoysunlar. Qadın təbiəti etibarilə tənqid, alçaltma həzm etməyən varlıqdır. Hələ-hələ əlində hakimiyyət, cəza aparatı olan biridirsə, sağlam gövdədə baş qoymaz. İkisi arasında məcburi seçim qoyulsaydı, mənim seçimim İlham Əliyev olardı. Sadəlöhv optimizm təhlükəsi: Yadınıza gəlirsə 2003 seçkilərindən öncə İlham Əliyevə qarşı qəribə ümid yaranmışdı. "Gəncdir, müasirdir, neçə xarici dil bilir. O, gəlsə hər şeyi dəyişəcək" Bu sadəlöhvlər arasında indi qatı müxalifət imici ilə tanınan xeyli gənc də vardı. Hələ o vaxt neçəsini bu xam xəyaldan daşındırmağa çalışdım. Məni dinləməsələr də, zaman ağızlarının payını verdi. İlan yuvasından dovşan çıxa bilməz. 2003-də edilən səhv demokratiya üçün 10 il zindan gətirdi. Azərbaycan xalqı avam və optimist xalqdır. Cəlladı da bağrına basa bilər. Amma bizim ikinci belə səhvə getmək haqqımız yoxdur. Diktatura binası İlham Əliyevlə inşa edilib, İlham Əliyevlə də uçurulmalıdır. Əliyevlər ailəsi axmaqlara ümid yeri qoymamalıdır. Hakimiyyət namizədi kim olmalıdır? desəz, tərəddütsüz - İlham Əliyev. Kiminsə xalqı daha çox sevəcəyinə ümid bəsləyənlərə sözüm budur. Əliyevlər ailəsini xalqına qarşı ancaq iki hiss birləşdirir. Hökmranlıq və aşağılara nifrət hissi. Xalqını diktator sevgisi ilə sevən Lukaşenko, Bəşər Əsəd kimi sevər. Sonunacan. Bir hakimiyyət ki, ölkənin bütün sərvətini xarici bank hesablarında tuta, orda diktator sevgisindən belə söhbət gedə bilməz. İlanı qoynunda əzizləyən şübhəsiz bir gün zəhərini də dadacaqdır. Mənbə: Azadıq Biz bloqu
Posted on: Wed, 26 Jun 2013 04:14:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015