Milli Dirçəliş Hərəkatı Partiyasının prezidentliyə - TopicsExpress



          

Milli Dirçəliş Hərəkatı Partiyasının prezidentliyə namizədi, millət vəkili Fərəc Quliyev söyləyib ki, seçki kampaniyası zamanı Qarabağla bağlı partiyanın mövqeyini əks etdirən bukletlər də seçicilərə paylanılıb. F. Quliyev vurğulayıb ki, münaqişənin həlli ilə əlaqədar danışıqlar variantını mümkünsüz hesab edir. “Amma beynəlxalq təsisatlar danışıqlar yolunu təkid edirlərsə, o zaman vaxt verilməlidir. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə heç bir nəticə əldə olunmayacaq. Ermənistanla da danışıqların heç bir mənası yoxdur. BMT özünün qəbul etdiyi 4 qətnamənin həyata keçməsi ilə bağlı icra mexanizmləri yaratmalıdır. Bu mümkün olmazsa, mütləq hərbi yolla itirilmiş ərazilərimiz geri qaytarılmalıdır”.
Posted on: Wed, 18 Sep 2013 06:17:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015