Oruc tutmagin menasi ne oldugunu bilirsinizmi? ALLAH - TopicsExpress



          

Oruc tutmagin menasi ne oldugunu bilirsinizmi? ALLAH HERKESIN ORUCUNU QEBUL ETSIN! Oruc tutmağın əslində nə mənası var? İnsanları qaranlıqdan nura yönəldən Qurani-Kərim məhz Ramazan ayında nazil olub: «İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilib. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar...» («Bəqərə», 185). İlk öncə oruc - insanın mənəvi tərbiyə üsuludur. Oruc tutanda sən günah olmayan, xoşladığın şeylərdən - yeməkdən, içməkdən, cinsi əlaqədən və s.-dən könüllü olaraq çəkinirsən, bu isə səndə digər zamanlar günah işlərdən, dünya malından nəfsini çəkmək qabiliyyətini yaradır. İnsanın itkiyə və s. bədbəxtliyə qarşı iradəsi möhkəmlənir. Sən bütün gün Allahla təmasda olur, hər gün əməllərinə nəzarət edirsən: söyüş söymür, qeybət etmirsən, yalan danışmırsan. Orucun fiziki sağlamlığa da böyük faydası var. Bir çoxları düşünür ki, oruc tutmayım, yoxsa zəifləyərəm, arıqlayaram. Bəzi xəstələr, məsələn, ardıcıl olaraq hər neçə saatdan bir qidalanmağa, dərman qəbul etməyə və s.-yə ehtiyacı olan xəstələr istisna olmaqla, oruc, əksinə, insana şəfa verir. Oruc insan orqanizminin təmizlənməsinin yeganə və ən səmərəli metodudur. Bunu həm Şərq, həm də Qərb alimləri çoxsaylı tədqiqatlar nəticəsində sübuta yetiriblər. Arayış Oruc tutmaq: immun sistemini möhkəmləndirir; orqanizmi ilboyu toplanan və onu çirkləndirən zəhərlərdən təmizləyir; xəstə mədə-bağırsaq traktını, ürək-damar sistemini, qaraciyər və dalağı sağlam edir, mədə yarasının sağalmasını tezləşdirir; yüksək arterial təzyiqi aşağı salır; həm kişilərdə, həm də qadınlarda potensiya səviyyəsini yüksəldir və uşaqqalmaya səbəb olur; artıq çəkidən və piylənmədən əziyyət çəkənləri arıqladır; böyrəklərdə, sidik və öd kisəsində daşların əmələ gəlməsinin qarşısını alır; bədənin hüceyrələrini yeniləşdirərək, orqanizmi cavanlaşdırır və s. Məhəmməd Peyğəmbər (s.ə.s) nahaq yerə demir, oruc tutun ki, sağlam olasınız. Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəyədək bağlanmaz. İnsan bağışlanmaq fürsəti əldə edərək, Allahın mərhəməti ilə üz-üzə olur bu ayda! Peyğəmbərimiz deyir: «Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?». Oruc tutmaq şəhvət damarlarını kəsər, lovğalığı aradan götürər. Oruc sırf Allah üçün tutulmalıdır, başqa məqsədlə yox. İmam Sadiq (ə) deyir: «Oruc Allah üçündür və onun mükafatını Allah verəcək». Orucluqda iftar vermək çox savabdır. Buna görə də oruc tutana iftar verənin savabı, oruc tutanın savabı qədərdir. Oruc tutan, sadəcə, yeməkdən, içməkdən çəkinməməli, bədəninin bütün üzvləri ilə oruc tutmalıdır: dili, qulağı, gözü, qəlbiylə. Həzrət Fatimeyi-Zəhra deyir: «Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramdan saxlamırsa, orucunun nə faydası var?». Əgər insan Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər. Allah hamının orucunu qəbul etsin!
Posted on: Fri, 12 Jul 2013 13:47:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015