QƏRİBƏ MƏLUMATLAR — Qədim misirlilər pişikləri ölən - TopicsExpress



          

QƏRİBƏ MƏLUMATLAR — Qədim misirlilər pişikləri ölən zaman onun xatirəsi üçün saqqallarını qırxırlarmış. — «Barbi» kuklasının tam adı Barbara Milisent Robertsdir. — Mehmanxanalarda kişilər qaldığı nömrələri qadınlardan daha təmiz saxlayırlar. — Brüs Linin hərəkətləri o qədər sürətli olub ki, ona dair filmlərin yaradıcıları hərəkətləri görmək üçün lentə yavaşladılmış variantda baxırlarmış. — Andorra dünyada poçt xidmətləri pulsuz olan yeganə ölkədir. — Cəmi 1 damçı neft 25 litr içməli suyu korlayır. — İnsanın barmaq izləri ilə yanaşı, dilinin izləri də nadirdir. — XX əsrin əvvəlində pravoslav kilsələrinə belə bir maraqlı tövsiyə verilmişdi: «Yeni doğulmuş körpəyə ad qoyan zaman nəzərə alın ki, müqəddəs İnna və Rimma kişi olublar». — Telefon və ya kompüterdə "çərçivə", «diyez» kimi adlandırılan # işarəsinin əslində rəsmi adı var — oktotopr. — İlk minillikdə 365.252, ikinci minillikdə 365.237 gün olub. Üçüncü minillikdə 365.242 gün olacaq. — Yunan filosofu Anaxarsis insanları 3 yerə bölüb: ölmüşlər, yaşayanlar və...dənizdə üzənlər. — Bir ildə 31.557.600 saniyə var. — Dünyada ilk reklam 1477-ci ildə İngiltərədə çap olunub və dini kitaba həsr edilib. — Şampan şərabı partladılan zaman şüşəsinin tıxacının ilkin sürəti saniyədə 14 metrə çatır. O, 12 metr hündürlüyə qalxa bilir.
Posted on: Sun, 11 Aug 2013 08:55:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015