Qərbi Azərbaycana kürd kökənli vali təyin edilib! Sözdə - TopicsExpress



          

Qərbi Azərbaycana kürd kökənli vali təyin edilib! Sözdə İslahatçı hökumət Qərbi Azərbaycan Vilayətinə (ostan) kürd vali (ostandar) təyin ediblər. Qərbi Azərbaycanın yerli mətbuatının yaydığı məlumata görə, Firidun Hümməti Qərbi Azərbaycana vali seçilib və gələn həftə dövlət heyətinin iclasında bu vəzifəyə təyin edilməsi təsdiqlənib və təqdim ediləcək. Firidun Hümməti kürd mənşəlidir və İlam vilayətindəndir. O əvvəllər Qərbi Azərbaycanın radio-televiziyasına rəis təyin edilib və bu bölgəni kürdləşdirmək uğrunda müəyyən işlər görüb. Onun dövründə Qərbi Azərbaycan radio-televiziyasında veriliş və proqramların əksəri kürdcə yayılmağa başlayıb. Məlumata görə, belə bir şəxsin Qərbi Azərbaycana vali seçilməsinin, məclisdəki kürd millət vəkilləri və sözdə islahatçılara qulluq edən Urmiyadan olan şəxslərin lobbiçiliyi nəticəsində mümkün olub. Mənbə-GünAz TV
Posted on: Tue, 24 Sep 2013 15:59:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015