Sevgim İnandım.Yaxşı olacağına inandım.Xəyalınla - TopicsExpress



          

Sevgim İnandım.Yaxşı olacağına inandım.Xəyalınla başlıyan bir gecə ,günəşin ilk işıqlarıyla varlğını yanımda hiss edərək davam etdiyim bir gün.Səninlə qarşılaşmaq…Vecsiz baxışların içimdə ümid dənizi yaradırdı.BAxırdın.Səbəbsiz baxırdın.Bilirdim sevgimə qarşılıq deyil bu baxışlar , təsadüfəndə olsa baxırdın.Hər gecə üzərimə işıq saçan ulduz tək parıldıyırdı gözlərin.Sevirdim.Mənə təsadüfü baxışlarını sevirdim.Demişdim axı nə olur olsun şəklini saxlıyacam.Hər gün şəklinə baxırıq ikimiz.Mən və səma.Hər gün ona səndən danışıram.İndi mənə yalnız o səma baxır.Bilmrəm o necə baxır amma baxır…Səni sevirəm dediyim gün…Hər nə qədər qorxsamda demişdim.Gözlədiyim qarşılıq gəldikdə isə , səmaya atdığım qışqırıq ulduzlara artıq sizə ehtiyacım yoxdu demək kimiydi.. 1 il 4 ay.Damarımda axan qanımda hiss edirdi sən yanımda olanda.Hər görüşəndə qəlbim ilk gün gördüyüm kimi həyəcanlı döyünürdü.Elə indidə elədi.Adının baş hərfinin gəlməyi bəsdi.Bir adının gəlməy bəsdiki bu közərmiş ürəyi yenidən alovlandırsın.Payızda qığılcımı alova çevirən külək kimisən.Hər görəndə bu köz ürəyimi alovlandırmağı bacarırdın.Xoşbəx sonluq olacaq deyə düşünürdüm.O gün gələnə kimi.O günə qədər , ikinci dəfə həyata gəlmiş kimi idim.Səni görəndə ölürdüm, mənə toxunuşunla yenidən dirilirdim.Və o gün.Mənə bağlı olan sən.Sanki səni məndən amputasiya etdilər.Əllərimi kəssəydilər bəlkə heç belə ağrıtmazdı.Kəsdin damarlarımı qanıma dayan dedin sanki.Dondum.Bütün həyatım dondu.Heç səni görədə bilmədim…Nə də olsa belə sonluq yaraşmırdı.Hələ də sənin üçün döyünən bu ürəyə belə sonluq yaraşmırdı.Hərdən sənə nifrət edirəm.Əməliyyatı yarımçıq bitirən həkim kimi səndə məni yarımçıq qoydun.Məndən qopduğun andan qanayır qəlbim.Başqaları baxır indi o ulduz gözlərinəı, başqaları qoxuna məst olur.Necəki gözlərin məni ovsunluyurdu.Sanki illüziyaydın həyatımda.Düşünürsən bəlkə belə biri olmuşdu həyatımda.Düşünmə.Mənə gülməyivi istəmərəm.SƏndə deyərdin mənə görə ağlama.Mən ağlamırdım ,ürəyimin qanayan yarası gözlərimdən axırdı…Deyirəm kaş hər şey başqa cür olardı.Əşşi nəysə kaş kaş kaş…Elə həmişə kaş….Bəlkədə oxuyursan bunu .Nə fikirləşəssən bilmirəm.Amma hər dəfə səni fikirləşəndə bir şey məni düşündürür.Mən sənə nə verə bilmədim ? 17/06/2013
Posted on: Mon, 24 Jun 2013 17:28:42 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015