TƏMİZ ÇÖL QIZI OLUN! qeweeeng :) Əgər yaşın 2 və ya - TopicsExpress



          

TƏMİZ ÇÖL QIZI OLUN! qeweeeng :) Əgər yaşın 2 və ya 3 rəqəmi ilə başlayırsa və hələ evli deyilsənsə bütün qohumların, qonşuların, hətta poçtalyon xalanın radar zonasındasan. Niyə evlənmədiyin haqqında milyonlarla sual verəcəklər. Evlənmək üçün namizəd yaranan kimi isə bu suallara hazır ol. Qız iş görə bilir? Bəli, paltarları aparıb çayda yuyur, yarım kilometr yol gedib bulaqdan su gətirir, bozbaş bişirir, inək sağır, hətta deşilmiş paltarlara yamaq da vura bilir. Bu bacarıqları bizim nənələrimiz CV-lərinə yazıb fəxr edə bilirdilər, indi ömür boyu əlini ətə vurmayan vegetarianla onun bozbaş bişirməsi arasındakı körpü Fəridənin AZ CookBook bloqudur (təcrübəmdən deyirəm). Ev işindən də vacib olan adamın çöl işidir, çünki təhsilli, təcrübəli və sosial ana o cür də uşaqlar böyüdür. Oğlanın diplomu var, evi var, maşını var, daha nə istəyirsən? Problem ordadır ki, mən onun maşını ilə yaşamayacam. Kədərlənəndə onun evini qucaqlayıb ağlamayacam. Xəstələnəndə onun diplomu mənə sup gətirməyəcək. Material imkanlar onun fərasətinin nəticəsidirsə lap yaxşı, amma ömrünün sonuna qədər (ən azından buna ümid edirsən) yaşayacağın adamda başqa keyfiyyətlərin olması daha vacibdir, məsələn qayıkeşlik, sevgi, hörmət. P.S. Amma ev və maşının olması yaxşıdır – hirslənəndə pəncərəsini vurub sındırmaq üçün. Oğlan kimlərdəndi? Babası Danabaş kəndində meşəbəyi olub, nənəsi də kəndin doxduru olub, bircə resept yaza bilmirdi, çünki ümumiyyətlə yaza bilmirdi. Qadan alım, indi adamın qohumlarını araşdırmaq yox, adını Google edib LinkedIn profilinə baxıb Instagram şəkillərini yoxlayıb, Facebook-dakı check-in-lərinə baxmaq, yazdığı şərhləri oxumaq bəs edir ki, onun nə yuvanın quşu olduğunu biləsən (Hansı yuvanın quşudu?). Təmiz qızdı? Bütün təmiz ev qızlarına bir sözüm var (ah, axı onlar İnternetə girmirlər), təmiz çöl qızı olun! Təmiz çöl qızının savadlı dostları (bəli, oğlan da ola bilər və xeyr, onlar sevgili deyillər) var, operaya, teatra, kitab klublarına gedir, xarici ölkələrə səyahət edir (başqa ölkələrdə yalnız barlar yox, muzeylər də var) və İnternetdən istifadə edir (bəli, İnternetdə kitablar da var və xeyr, İnternet yalnız çat deyil). Təmiz çöl qızları çox olsa basılmaz vətən! Haralıdırlar? Azərbaycan özü onsuz da balaca ölkədir, onu Yeni Ulduzun o parıldayan kostyumlu aparıcısı demiş, bölgələrə bölüb kiminsə babasının hansı rayondan olması ilə o adam haqqında fikir yürüdənlərə halal olsun! Başqa sözüm yoxdu. Nöqtə.
Posted on: Fri, 08 Nov 2013 05:35:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015