«Video görüntülər bir daha sübüt edir ki, cinayətin - TopicsExpress



          

«Video görüntülər bir daha sübüt edir ki, cinayətin başında prezident Ilham Əliyev dayanıb» Sabiq rektor xalqı Cəmil Həsənliyə dəstək olmağa çağırdı Fəaliyyəti dayandırılmış Azhərbaycan Beynəlxalq Universitietinin rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Avropa Elşad Abdullayevdən İlham Əliyevə ağır ittiham Azərbaycanlılarının Milli Birlik Şurasının Məclis sədri Elşad Abdullayev sensasion bəyanatla çıxış edib. Elşad Abdullayevin bəyanatını olduğu kimi təqdim edirik: Ilham Əliyevin xalqa azacıq da olsa hörməti varsa geri çəkilməlidir “Mən 1974-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunduğum gündən bu günə qədər, yəni 39 ildir ki, hörmətli professor Cəmil Həsənlini şəxsən tanıyıram. Bu illər ərzində BDU-da şəxsiyyətinə böyük hörmət etdiyim Cəmil Həsənlinin bizim gözlərimiz qarşısında qeyri-adi nümunəvi tələbəçilik və elmi-pedaqoji fəaliyyəti olub. Cəmil Həsənli bir elm adamı kimi həm Azərbaycanda, həm də xarici ölkələrdə - ABŞ, Türkiyə, Kanada, Böyük Britaniya, Iran və Rusiyada çoxsaylı elmi nəşrləri ilə müasir dünyanın elm adamlarının və siyasilərinin diqqətini cəlb edib. O, həmişə haqsızlıq qarşısımda susmayan əsl ziyalıdır, bütün Azərbaycan xalqını öz ətrafında birləşdirə biləcək yeganə prezidentliyə namizəddir, xalqımızın bütün sosial təbəqələrinin etimadını qazanmış şəxsiyyətdir. Mən 2 prezident seçkisində YAP-ın Binəqədi rayon təşkilatının xətti ilə Ilham Əliyevin vəkili olmuşam və onu dəstəkləmişəm. Lakin hazırda Ilham Əliyevin prezident seçkilərində iştirak etməsi hüquqa ziddir: Əvvəla, Konstitusiyaya görə Ilham Əliyevin prezident seçkilərində 3-cü dəfə iştirakı yolverilməzdir, əsas qanunvericiliyimiz saxtkarlıqla dəyişdirilib. Inanmıram ki, beynəlxalq təşkilatlar belə bir vəziyyətdə Ilham Əliyevin legitimliyini tanısın. Ikincisi, Ilham Əliyev 44 illik Əliyevlər sülaləsinin nümayəndəsi kimi, hakimiyyətin atadan oğula keçməsi kimi müasir beynəlxalq hüquq normalarına zidd huquqi statusda olduğu üçün prezident seçkilərində iştirakı beynəlxalq hüquq normalarına ziddir. Müasir dünya Ilham Əliyev seçiminin əleyhinədir və bu barədə ona mesajlar da verilib. Hazırda Suriyada Əsəd sülaləsinin və Şimali Koreyada Kim Ir Sen sülaləsinin vəziyyəti göz qabağındadır. Xalq qan içində boğulur ki, hər iki anti-bəşəri sülalə hakimiyyətdə qalsın. Məlumdur ki, qanlı sülalə rejimləri xalqın bir damla göz yaşına da dəyməz. Əgər Ilham Əliyevin Azərbaycan xalqına azacıq da olsa hörməti varsa geri çəkilməlidir. Ilham Əliyev cinayətkar dəstə ilə əlbirdi Üçüncüsü, Ilham Əliyev bir prezident kimi ölkəni idarə etmək iqtidarında deyil. 10 ildir ki, MTN zabiti Mahir Abdullayev Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən oğurlanıb. Bununla bağlı sosial şəbəkələrdə 50-dən çox gizli video görüntülər yayılıb. Azərbaycanda XXI əsrin ən dəhşətli cinayəti göz ilə görünür və qulaq ilə eşidilir, bu huquqi bir aksiomadır. Gizli video görüntülər bir daha sübüt edir ki, bu cinayətin başında prezident Ilham Əliyev dayanıb. ABŞ Dövlət Departamenti, Avropa Şurasının hesabatlarında Ramiz Mehdiyev və Gülər Əhmədova cinayətkar hesab edilirlər. Lakin, prezident Ilham Əliyev əmisi oğlu Ilqar Əliyevin cinayətini ört-basdır etmək məqsədi ilə cinayəti açmaq əvəzinə zərərçəkmişi həqiqətə uyğun olmayan qanuna-zidd əməllərlə susdurmaq istəyir. MTN zabiti Mahir Abdullayevin oğurlanmasının ictimailəşməsi bir daha təsdiq etdi ki, prezident kimi Ilham Əliyev ölkəni idarə etmək iqtidarında deyil. O, xalq ilə deyil, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat ilə əlbir fəaliyyət göstərir. Azərbaycan oğru qanunları ilə idarə olunur. O, prezident kimi xalqın etimadını itirib. Ilham utandığından bir dəfə də olsun teledebata çıxıb professor Cəmil Həsənlinin suallarına cavab verə bilmədi. Ilham Əliyevin prezident olmağa mənəvi haqqı yoxdur. Bu cinayətin başçısı Ilham Əliyevdir. Çünki 10 ildir aparılan istintaq görüntü yaratmaqdan başqa bir şey deyildir. Cinayəti edən əsas subyektlər toxunulmazlıq statusuna malikdirlər. MTN zabiti Mahir Abdullayevin bilavasitə oğurlanması sifarişini icra edən şəxslərin heç biri bu günə qədər məsuliyyətə cəlb olunmayıb. Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindədir Mütəşəkkil cinayətkar təşkilatın əsas subyektləri - MTN əməkdaşları Akif Covdarov, Hilal Əsədov, Fikrət Əliyev, Elçin Quliyev, Teymur Quliyev, Yaşar, Sənan Ibrahimov, Qulu Cəfərov, müğnənni Mətanət Isgəndərli və onun prodüsseri Əlləddin, skripkaçı Asif, onun “KQB” mühafizəçisi Fazil, “Qorbaçov”un kriminal qruplaşmasından “Şahin Cəllabadski”, Mirbaba, Səftər Kələntərov, DIN-in Mütəşkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin zabiti Yasir, Bakı Hava Limanının Polis Idarəsinin rəisi Rasim Ildrımzadə, DIN-nin istintaq idarəsinin əməkdaşları, bu işin istintaqını aparan Baş Prokurorluğun 12 müstəntiqi və Müstəqil Istintaq Komissiyasının rəhbərliyi bu günə qədər istintaqa və məhkəmə məsuliyyətinə cəlb olunmayıblar. Görüntü yaratmaq məqsədi ilə paqonlu əcinnələrin bir qismini dələduzluq, bir qismini də başqa maddələr ilə həbsdə saxlayırlar. Əsas şahidləri də Sevinc Babayeva sayağı qətlə yetirdilər. Cəmil Həsənli “Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın başında bilavasitə respublika prezidenti Ilham Əliyev dayanıb” deyəcək qədər dürüst və cəsarətli siyasətçidir. Əliyev sülaləsi 44 ildir ki, nəinki konstitusiya ilə müəyyən olunmuş Azərbaycan xalqının hakimiyyətini oğurlayıb, hətta bu qanlı cinayətkar rejim bizim canımızı da - qardaşlarımızı, bacılarımızı, atalarımızı, dövlət xadimlərimizi də oğurlayıb. Bu günə qədər akademik Ziya Bünyadovun, akademik Fərəməz Maqsudovun ailə üzvlərinin, general Şəmsi Rəhimovun, general Rail Rzayevin, jurnalist Elmar Hüseynovun, jurnalist Rafiq Tağının, Afiyəddin Cəlilovun, Rövşən Cavadovun qətlinin üstü açılmayıb. Həmçinin jurnalist Xədicə Ismayılovaya qarşə şantaj cinayətləri də “dövlət sirri” olmaqda davam edir. Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindədir. Sosial vəziyyətindən, partiya mənsubiyyətindən, irqindən, cinsindən asılı olmayaraq hər kəsi Azərbaycan dövlətçiliyini bir ovuc fırıldaqçı - adam oğrusunun əlindən xilas etmək üçün Azərbaycan xalqının vahid namizədi kimi 39 ildir ki, yaxından tanıdığım hörmətli professor Cəmil Həsənliyə dəstək olmağa çağırıram".
Posted on: Mon, 07 Oct 2013 08:44:28 +0000

Trending Topics



Diary of Iris Vaughan Having boarded the train at Thebus,

Belted Llama Wrap Coat Read more :
Tomorrow night there is a FREE halloween themed stand-up show

Recently Viewed Topics




© 2015