mikayil Musfiq Sənə qurban Deyirsən yanında qalacağam - TopicsExpress



          

mikayil Musfiq Sənə qurban Deyirsən yanında qalacağam mən, Çox gözəl fikirdir, qal sənə qurban. Nə zaman istəsən əziz canımı Qumral gözlərinlə al, sənə qurban. Gəlmiş hüzuruna bir qara dağlı, Bir qara qulundur, qolları bağlı, Gəl çəkmə könlümə sən hicran dağı, Gümüş topuğunda xal, sənə qurban ************ Ressam, sevgilimin seklini gel cek Sevgilim gozeldi, sende gozel cek Nazini men ozum cekeceyimden Nazina catanda fircadan el cek ************ Sənə qurban Deyirsən yanında qalacağam mən, Çox gözəl fikirdir, qal sənə qurban. Nə zaman istəsən əziz canımı Qumral gözlərinlə al, sənə qurban. Gəlmiş hüzuruna bir qara dağlı, Bir qara qulundur, qolları bağlı, Gəl çəkmə könlümə sən hicran dağı, Gümüş topuğunda xal, sənə qurban. **************** Oxu Oxu, sevdiciyim, öz həvəsinlə! İlham qanadlanır sənin səsinlə. Nəğməndə oynasın sellərin səsi, Dan yerindən əsən yellərin səsi. Gülləri qoxlayan bir ruzgar kimi, Qumları oxşayan dalğalar kimi Titrəyən, çağlayan nəğmən olaydım, Ürəyindən qopan səs mən olaydım, Oxu! Qüvvət gəlsin şe`rə, sənətə, Könlümün quşunu gətir heyrətə! Nə qədər bənzəyir, vardım fərqinə, Ömrümün ahəngi sənin şərqinə. Ürək kövrəkləşir sən oxuyanda, Sən də dinləsəydin mən oxuyanda! Oxu, sevdiciyim, öz həvəsinlə! İlham qanadlanır sənin səsinlə! Milashka
Posted on: Sun, 30 Jun 2013 10:03:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015