Öz əməllərimizlə İmamı (ə.f) incitməyək. Əgər bir - TopicsExpress



          

Öz əməllərimizlə İmamı (ə.f) incitməyək. Əgər bir müsəlman qəlbində İmamı (ə.f) sevir və o Həzrətə (ə.f) əlaqə hiss edirsə, yenə də rahat olmamalıdır. O, çalışmalıdır ki, həyatının hər bir sahəsində İmamın (ə.f) razılığını əldə edə bilsin. Həzrətin (ə.f) müqəddəs qəlbi dəfərlərlə bizim çirkin əməllərimizə görə incimiş və qırılmışdır. Ruhanilərdən biri deyir: “Bir gecə yuxuda Həzrət Siddiqəni (s.ə) gördüm. Mənə buyurdu: “Mənim zamanımda məndən ürəyi qırıq yox idi. Bu zamanda isə övladımın qəlbi daha çox qırılıb”. Həzrətin (ə.f) narahatlıqlarının səbəbi müxtəlif olsa da, ancaq Həzrəti (ə.f) ən çox incidən şey - möminlərin vacibatlarını tərk etməsidir. Həzrətə (ə.f) zalımlarım zülmü, zühurun gəlib çatmaması kimi narahatlıqlardan daha çox, möminlərin vəzifələrinə əməl etməməsi əziyyət verir. Ona görə də İmamla (ə.f) rabitə qurmaq istəyiriksə, ilk növbədə öz əməllərimizi islah etməliyik. Dini vacibatlarımızı ən yaxşı şəkildə yerinə yetirməliyik. Elə işlər görək ki, İmam (ə.f) bizə baxan zaman ancaq sevinsin və narahat olmasın.
Posted on: Tue, 17 Sep 2013 15:04:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015