İndi tək edə bildiyim getmək... Bəlkə hər şey daha yaxşı - TopicsExpress



          

İndi tək edə bildiyim getmək... Bəlkə hər şey daha yaxşı olar mən getsəm, bu gedişim belə sənin yaxşılığım üçündür... Getməm asan görünər sənə bəlkə də, qaçdı gözə ala bilmədi, sevməyi qorxaq deyərsən ardımdan… Sevməmiş məni aldatmış deyərsən... Ama ən çox mənə toxunur getmək... Qalmaq qədər incidər canımı… Belə qərarım asan görünə bilər sənə… Vəfasızlar gedər deyərdin çıxdı getdi vəfasız deyib də özünü heç sorğulamazsan, tanıyıram səni nə idi getməsinə səbəb, mənmi idim? deməzsən, heç səbəbsiz getdi deyərsən… Bilməzsən gedənin də canı yanar... Gedəndə qan ağlar, qalan qədər... Geridə buraxıb hər şeyi, vecsiz görünmək, bilməzsən nə çətindir sevərkən getməyi gözə almaq… Nə çətindir buraxılan xəyalıyla davam etmək yola, olmayacağını bilə-bilə yenə də arzu etmək... Xatirələrlə tutunmağa çalışmaq həyata, amma sən anlamadan çıxdı getdi deyərsən... Amma hardan biləsən tək çarəsidir gedənin… Getmək... Məcburdur getməyə, ardına baxa-baxa… Unuda bilməz gedəndə yaşananları, gözə ala bilməz, sevə bilməz, tanımaq istəməz yeni eşqləri... Xatirələrlə oyanar hər sabah… Bilməzsən məcburdur getməyi gözə alacaq qədər getməyə... Anla nə olar qırılma, incimə məndən... Üzülmə aldırmadan getdi deyə, lənət olsun səndən uzaq bu şəhərlərə... Üzülmə, məcburam səni uzaqdan sevməyə, bağışla məni... Months Gul
Posted on: Sun, 08 Sep 2013 07:15:20 +0000

Trending Topics



lass="sttext" style="margin-left:0px; min-height:30px;"> Bidah, Bidah Some people mock us for not practicing Bidah or
DISCOUNT Toblino 3 Red Leather iPad case for new iPad 4 with
Catatan Menakutkan CR7 Jelang Hadapi Juventus Cristiano Ronaldo
CULTURE SHOCK ENGLISH is truly a universal language... Where:
New I-Flex Fitted Design Scuba Diving Cap (Small/Medium) witn
Reflexões para quem esta triste Tristeza que fere O homem
World Cup anyone??? disgraceful.....shame.... Note from BW of
!! Now this is beyond astounding !! As he heads ever more
Park It! Home-Mobile, A lawyer with his briefcase can

Recently Viewed Topics




© 2015