* İnsanlara doğru dəyər ver, layiq olmayanları sil. * Heç - TopicsExpress



          

* İnsanlara doğru dəyər ver, layiq olmayanları sil. * Heç kimə yalvarma. * Heç vaxt dönüb arxaya baxma. * Sirr saxlamağı bil. * Dostlarının yeri ayrı, sevgilinin yeri ayrı. Sevgilin üçün dostlarını, dostların üçün sevgini satma. * Layiq olduğun sevgini ala bilmədin? Kədərlənmə, problem sən deyilsən. * Heç kimin sözü ilə hərəkət etmə, amma ağlının bir qırağında tut. * Bir münasibəti beynində bitirdikdən sonra iki şirin söz, iki damcı göz yaşı ilə yumuşalma. * Səni sevənlərlə istifadə edənləri ayırmağı bacar. * Sənə qulaq asıb başa düşməyə niyyəti olmayanlarla mübahisə etmə. * Məcburiyyət qarşısında yaranan dostluqları qəbul etmə. * Əgər verdiyin o insanda qalmırsa, ikinci bir sirr tutma şansı var. * Dostun olacaq insanları bəzi meyarlara görə müəyyən et. * Özünü tərifləyən insanlardan qaç. * Qarşındakının hər zaman doğru söyləyəcəyini düşünmə. * Özünə qoyduğun hörməti itirməyinə səbəb olacaq heç bir şey etmə. * Problemin olduğunda insanlar sənə vaxt ayırıb dərdlərini dinləyirsə onların nəsihətlərini qulaq ardına vurma. * Göz yaşlarının dəyərini bil. Onları layiq olmayanlar üçün sərf etmə. * Sənin bacarığına inanan insanlara xəyal qırıqlığı yaşatma. * Özünü sev. * Buludların arasındakı günəşə baxıb gülümsə və qarşında böyük bir gələcək olduğunu unutma. * Dostluğunla qane olmayanlar üçün heç bir fədakarlıq etmə. * İnsanları itirirsən deyə ağlayıb sızlama, amma qazandığın insanların dəyərini bil. * Heç kimə daşıya biləcəyindən daha artıq dəyər verib, bununla lovğalanmağına fürsət verme * İstədiyini almaq üçün əsla özünü acındırma .* Sənə duyulan sevgini və güvəni istismar etmə....
Posted on: Thu, 22 Aug 2013 19:22:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015