Əgər sən ƏLİL olsaydın? Uşaqlıqdan sənə xəstə kimi - TopicsExpress



          

Əgər sən ƏLİL olsaydın? Uşaqlıqdan sənə xəstə kimi davransaydılar? "Sən bunu edə bilməzsən" kəlməsiylə etməyə cəhd etdiyin işdən saxlayıb səni mənəvi iflic etsəydilər necə? Məktəbə gedən uşaqlara pəncərədən baxmağa məcbur olunsaydın? Təhsilini evdə, səthi keçsəydilər və bununla da səni cəmiyyətdən təcrid olunsaydın, küçəyə çıxmaqçun jest edərkən pilləkənlərin, qapının hündür kandarının arabana uyğun olmamasını görsəydin, küçələrdəki əlillərin yaşadııqları narahatçılıqları yaşasaydın, institut arzunu xəyalında yaşatsaydın, yolla gedərkən kiminsə sənə "yazığı" gəlməsi, hətta sədəqə uzatması ürəyivi deşib dünyanı başına fırlatsaydı, gəlinlik, bəylik geyənlərə həsrətlə baxsaydın, hamının səni sağlamlardan aşkar ayırdığını hiss etsəydin NEYLƏRDİN ay Sağlam?
Posted on: Tue, 09 Jul 2013 08:27:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015