1937-ci ildə bolşeviklər Çarskoye Selonun adını - TopicsExpress



          

1937-ci ildə bolşeviklər Çarskoye Selonun adını dəyişdirdilər. Alman faşistləri Puşkino şəhərini tutanda məşhur sovet fantastı, yazıçı Aleksandr Belyayev əfsanəvi kəhrəba otaq haqqında əsər üzərində işləyirdi. Rəsmi mənbələrdə "Amfibiya adam", "Professor Douelin başı", "Mühəndis Qarrinin hiperboloidi" kimi məşhur romanların müəllifi 1942-ci ilin yanvar ayında aclıqdan ölüb. Yazıçının cəsədi ümumi qəbirdə dəfn olunub. Başqa bir versiya da mövcuddur - guya yazıçını alman generalı son mənzilinə yola salıb. Yazıçı yanvar ayında ölüb, mart ayında isə onun arvadı və qızını almanlar Polşaya aparıblar. Sonralar Kazan qəbiristanlığında Belyayevin xatirəsi əbədiləşdirildi. Kazan qəbiristanlığında yazıçının qəbri var, amma baş daşının altında mərhumun cəsədi yoxdu. Rus publisisti Fyodor Morozovun sözlərinə görə, Belyayev kəhrəba otaq haqqında povest yazırmış, bu da gestaponun marağını çəkib. Publisist yazır ki, gestapo yazıçıdan konsultant kimi istifadə etmək istəyib. Yazıçı kəhrəba otaq haqqında çox şey bilirdi. Bəlkə yazıçı almanlarla işbirliyinə getməyib, gestapoda işgəncə ilə öldürülüb... Kəhrəba otaq Köniqsberq Kral qəsrini süsləyən nadir sənət əsəri kimi sərgilənirdi. 1944-cü ilin avqustunda ingilis hərbi təyyarələri Köniqsebrq şəhərini bombalayan zaman qəsrdə yanğın baş verdi. Kəhrəba panelləri yeşiklərə doldurub zirzəmidə gizlətdilər. 1945-ci ilin aprelində Sovet qoşunları şəhərə girdi... Kəhrəba otaq qeybə çəkilmişdi. Ötən əsrin səksəninci illərində Puşkində Kəhrəba otağın bərpa işləri başlandı. 2003-cü ildə Sankt-Peterburqun 300 illiyi ərəfəsində kəhrəba otağın pannoları bütünlüklə bərpa olundu. Amma kəhrəba otağın orijinal pannoları hələ də axtarılır... 1939-cu ildə yazıçı Aleksey Tolstoy Almaniya ilə dostluq nişanəsi kimi kəhrəba otağın Hitlerə ərməğan edilməsini təklif edib. Stalin Hitler üçün kəhrəba otağın dublikatını hazırlatdırıb. Müharibənin başlanmasına təxminən bir ay qalmış orijinal sökülərək yeşiklərə yığılıb. Deyilənə görə, yeşiklər Yekaterina sarayına gətirilib. Orijinalın yerində isə Stalinin hazırlatdırdığı maket quraşdırılıb. Deməli, kəhrəba zalın dublikatı almanların əlinə keçib. Gəlin bir qədər də gözləyək, bəlkə kəhrəba otaq bir gün öz sirrini açacaq. Hərdən ağlıma gəlir ki, bəlkə kəhrəba otağın pannoları izsiz-soraqsız qeyb olmayıb və rekonstruksiya məsələsi də sadəcə olaraq gözəl uydurulmuş bir mistifikasiyadır. Bəlkə gerçək plitələr zirzəmilərdən çıxarılıb öz yerinə qoyulub? Kəhrəba otağın bərpasına başçılıq etmiş A.Kedrinski görəsən bu məsələyə necə aydınlıq gətirərdi? Təəssüf ki, A.Kedrinski də "susmaq qızıldı" deyib. Bəs böyük fantast Aleksandr Belyayevin üzərində işlədiyi povestin əlyazması haqqında nə bilirik? - əlyazmaları yanmır... *** Yekaterina sarayı Çarskoye Selonun əsas rəmzlərindən biridir. Sarayın otaqlarından biri təbii kəhrəbadan mozaik panno ilə süslənib, kəhrəba plitələri Prussiya imperatoru Fridrix I Pyotra diplomatik hədiyyə qismində bağışlamışdı. İkinci dünya müharibəsi zamanı alman faşistləri kəhrəba otağın mozaik pannolarını söküb aparıblar... Kəhrəba otağın sirri XX əsrin ən böyük müəmmalarından biri olaraq qalır... Adil Mirseyid
Posted on: Sat, 07 Sep 2013 10:05:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015