2-ci tip şəkərli diabet insulin təsirinin pozulması və/və - TopicsExpress



          

2-ci tip şəkərli diabet insulin təsirinin pozulması və/və ya insulinin çatışmamazlığı nəticəsində əmələ gəlir. Qanda insulinin normal və ya artıq olması, lakin orqanizmin hüceyrələrinin ona həssaslığının olmaması, insulinin tə’sir edə bilməməsi insulin rezistentlik adlanır. Insulin çatışmamazlığı zamanı qlükozanın hüceyrələrə daxil olması azalır, nəticədə qanda qlükozanın mənimsənilməsinin alternativ yolları aktivləşir ki, buda orqanizmin toxumalarında sorbitol, qlükoz-amin qlükoqonların, qlikoqemoqlabinin toplanmasına gətirib çıxarır. Sarbitol kataraktanın yaranmasına, xırda arteriya damarlarının – arteriol ve kapilyarların işinin (mikroanqenopatiya), sinir sisteminin funksiyalarının pozulmasına (neyropatiya) gətirib çıxarır. Qlükoz-amino qlükoqonlar oynaqların zədələnməsinə səbəb olur. Lakin qlükoza mənimsənilməsinin alternativ yolu enerji almaq üçün kifayət deyildir. Zülal mübadiləsinin pozğunluğu zülal birləşmələrinin sintezinin pozulmasına və zülalın parçalanmasının aktivləşməsinə gətirib çixarır. Bu əzələ zəifliyinə, ürək və skelet əzələlərinin işinin pozulmasına səbəb olur. Yağların perikis turşulaşması güclənir, damarları zədələyən toksik məhsullar toplanır. Qanda keton cisimcikləri adlanan mübadilə məhsulları artır. 1-ci tip şəkərli diabet əmələ gəlməsi səbəbinə görə bölünür: • autoimmun şəkərli diabet • idiopatik şəkərli diabet Autoimmun şəkərli diabet immun sistemin pozğunluğu nəticəsində yaranır. Bu vaxt orqanizmdə Langerhans adacıqlarının insulin hasil edən hüceyrələrini zədəliyən antitellər yaranır. Autoimmun prosesin inkişafına virus infeksiyaları, bəzi toksik maddələrin təsiri (nitrozaminlər, pestisidlər) səbəb olur. 1-ci tip idiopatik şəkərli diabetin səbəbləri məlum deyildir. 2-ci tip şəkərli diabetin əmələ gəlmə səbəbləri irsi meililik və xarici faktorlardır. Irsi meililik vacib rol oynayır, lakin mühüm əhəmiyyət kəsb edən xarici muhit faktorlarıdır
Posted on: Sat, 31 Aug 2013 11:43:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015